Papa XIV Leoya ağciyər xərçəngi diaqnozu qoyulub
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Papa Leo XIV ağciyər əməliyyatı keçirib.
Diaqnoz cərrahlar onun sağ ağciyərinin bir hissəsini çıxardıqdan sonra qoyulub. Xəstəliyin mərhələsi hazırda məlum deyil.
Oxuməni.az xəbər verir ki, bu barədə Vatikanın açıqlamasında deyilir. Bildirilir ki, 13 oktyabr çərşənbə axşamı əməliyyatdan sonra Papa Leo XIV-ə geniş yayılmış xərçəng növü olan adenokarsinoma diaqnozu qoyulub.
Diaqnozun cərrahlar onun sağ ağciyərinin bir hissəsini çıxardıqdan sonra qoyulduğu qeyd edilir. Əməliyyat təxminən 90 dəqiqə davam edib və heç bir problem yaşanmayıb. Əməliyyatdan sonra 71 yaşlı Papa özünə gəlib və daha sonra istirahət etdiyi xəstəxana otağına qayıdıb.
Vatikan bildirib ki, Papada geniş yayılmış xərçəng növü olan ağciyər adenokarsinoması var və əməliyyat zamanı aparılan toxuma testləri həkimlərin əvvəlki müayinələrdən şübhələrini təsdiqləyib.
Reuters agentliyi Vaşinqtondakı Corctaun Universitetinin ağciyər xərçəngi üzrə mütəxəssisi Stiven Lyuya istinadən bildirib ki, Papanın vəziyyətini qiymətləndirmək üçün şişin ölçüsünü və xərçəngin limfa düyünlərinə yayılıb-yayılmadığını bilmək lazımdır - Vatikanın hələ açıqlamadığı məlumat.
"Diaqnozu bilsək də, xəstəliyin mərhələsini hələ müəyyən etməmişik. Bu, proqnoz və müalicə üçün çox vacibdir."
"Əgər söhbət limfa düyünlərinin iştirak etmədiyi kiçik bir ağciyər şişindən gedirsə, onda təkcə cərrahiyyə əməliyyatı tam sağalmanı təmin edəcək." Lakin, son analiz xərçəngin daha geniş yayılmasını aşkar edərsə, bu, daha pis proqnozu göstərəcək", - deyə Dr. Lyu bildirib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Oktyabr 2026 07:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















