Icma.az
close
up
RU
Kennedinin nəvəsinə terminal qan xərçəngi diaqnozu qoyulub...

Kennedinin nəvəsinə terminal qan xərçəngi diaqnozu qoyulub...

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın keçmiş 35-ci prezidenti Con Kennedinin nəvəsi Tatyana Şlossberqə terminal qan xərçəngi diaqnozu qoyulub. SİA xəbər verir ki, o, bunu babasının qətlinin 62-ci ildönümü münasibətilə "The New Yorker"də dərc olunmuş essesində açıqlayıb.

35 yaşlı Şlossberqə görə, ona ikinci uşağının dünyaya gəlməsindən dərhal sonra, 2024-cü ilin may ayında diaqnoz qoyulub.

Həkimlər onun qan analizlərində ağ qan hüceyrələrinin sayının artdığını görüblər və məyusedici diaqnoz qoyublar: əsasən yaşlı xəstələrdə müşahidə olunan nadir mutasiyalı kəskin miyeloid lösemi...

O vaxtdan bəri Tatyana bir neçə kimyaterapiya kursu və iki sümük iliyi nəqli keçirib.

Son müayinə zamanı həkimi xərçənginin son mərhələyə keçdiyini və təxminən bir il yaşayacağını bildirib.

...Bəlkə də beynim hazırda həyatımı təkrarlayır, çünki terminal diaqnozum var və bütün bu xatirələr itiriləcək, - Tatyana Şlossberq yazıb.

Tatyana Şlossberq təkcə diplomat Kerolin Kennedi və dizayner Edvin Şlossberqin qızı deyil, həm də ətraf mühit jurnalistidir.

O, Yel və Oksford Universitetlərini bitirib və Amerika tarixi üzrə magistr dərəcəsi alıb. O, həmçinin "New York Times", "The Washington Post", "Vanity Fair" və "Bloomberg" kimi böyük nəşrlərdə elm və iqlim müxbiri kimi çalışıb.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Noyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri