Icma.az
close
up
RU
Paracetamol” təhlükəsi Milyonların istifadə etdiyi dərman apteklərdən yığılır

Paracetamol” təhlükəsi Milyonların istifadə etdiyi dərman apteklərdən yığılır

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Böyük Britaniyada milyonlarla insanın istifadə etdiyi məşhur reseptsiz ağrıkəsici və qızdırmasalıcı dərman – "Paracetamol"un bəzi partiyaları istifadəçilər üçün potensial təhlükə yaratdığı ehtimalı ilə geri çağırılır.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın dərman və sağlamlıq məhsulları tənzimləmə agentliyi  tərəfindən verilən qərarla "Chelonia Healthcare Limited" şirkətinin istehsalı olan 500 mq-lıq "Paracetamol" tabletlərinin  iki partiyası apteklərdən və satış məntəqələrindən geri yığılır.

Qərarın verilməsinə səbəb kimi bəzi tabletlərdə rəng dəyişikliyi aşkarlanması göstərilir. Rəng dəyişikliyi isə tabletlərin kontaminasiya – yəni zərərli maddələrlə çirklənmə riski altında ola biləcəyini göstərir.

Agentliyin açıqlamasında vurğulanıb:

“Tablet ağ rəngdə və bir üzündə xəttli kapsul formasında olmalıdır. Əgər bu partiyalara aid dərmanlarda rəng dəyişikliyi müşahidə etsəniz, dərhal eczacınıza və ya həkiminizə müraciət edin”.

Bununla yanaşı, dərmanı qəbul etdikdən sonra hər hansı yan təsir hiss edən şəxslərə təcili şəkildə tibbi yardım almaq tövsiyə olunur. Həkimlərə və əczaçılara da həmin partiyalara aid dərmanların paylanmasını dərhal dayandırmaq tapşırılıb.

Xatırladaq ki,  2019-cu ildə Avropada baş verən bənzər hadisə zamanı rəngi dəyişmiş "Paracetamol" tabletlərində “Penicillium citrinum” adlı göbələk növü aşkarlanmış və bu dərman partiyalarının sağlamlıq üçün təhlükəli ola biləcəyi bildirilmişdi.

Bu dəfəki geri çağırma elanında rəng dəyişikliyinə səbəb olan konkret risk açıqlanmasa da, ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, paracetamol Böyük Britaniyada həm reseptsiz, həm də reseptlə ən çox istifadə edilən dərmanlardan biridir.

 Rəvan Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri