“Paramount” və “Warner Bros.”u birləşdirən şirkət “Skydance” adlandırılacaq
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Birləşmə başa çatdıqdan sonra “Paramount” və “Warner Bros. Discovery” (WBD) şirkətlərinin birləşmiş qurumu “Skydance” adlandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Paramount Skydance”ın baş direktoru Devid Ellison “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, bu ad “Paramount” və “Warner Bros.” studiyalarının öz kimliyini qorumaq və onları kölgədə qoyacaq yeni brendin ortaya çıxmasına şərait yaratmamaq üçün seçilib.
“Paramount” və “Warner Bros.” bir əsrdən çoxdur ki, bir mədəniyyəti formalaşdırıblar. Onları birləşdirməklə tarixi yenidən yazmırıq, əksinə bu iki əfsanəvi studiyanı daha güclü mühərriklə təchiz edirik”, - Ellison qeyd edib.
O, həmçinin qeyd edib ki, “Skydance” birləşmiş şirkətin adı olacaq, “Paramount”, “Warner Bros.” və onun tərkibinə daxil olan digər brendlər isə öz adlarını saxlayacaq.
Qeyd edək ki, birləşmənin gələn həftə başa çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:Paramount şirkəti Warner Bros. u almağı planlaşdırır
13 Sentyabr 2025 00:02
Paramount şirkəti Warner Bros u məhkəməyə verib
13 Yanvar 2026 03:39
Paramount və Warner Bros. birləşdi
26 Oktyabr 2026 11:23
“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır
01 Mart 2026 14:39
Paramount Warner Bros. üçün təklifini təkrarlayıb
08 Yanvar 2026 22:39
Baxış sayı:136
Bu xəbər 03 Oktyabr 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















