Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Parçalanan dünyada Bakı platforması: sülh və dialoqun ünvanı

Parçalanan dünyada Bakı platforması: sülh və dialoqun ünvanı

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Müasir dünya getdikcə daha mürəkkəb və ziddiyyətli mərhələyə qədəm qoyur. Beynəlxalq münasibətlər sistemində uzun illər formalaşmış dəyərlər və prinsiplər sarsılır, beynəlxalq hüquq isə getdikcə daha çox güc siyasətinin təsiri altına düşür. Bu reallıq qlobal təhlükəsizlik sistemində ciddi boşluqlar yaradır və dünya siyasətində “cəngəllik qanunları”nın üstünlük qazandığı yeni bir dövrün formalaşdığını göstərir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova "Dəyişən dünyada parçalanmaların aradan qaldırılması" mövzusunda öz işinə başlayan Qlobal Bakı Forumunun XIII toplantısının əhəmiyyətini şərh edərkən deyib.
Deputat deyib ki, belə bir mürəkkəb və qeyri-müəyyən şəraitdə dialoq, əməkdaşlıq və çoxtərəfli münasibətlər hər zamankından daha böyük əhəmiyyət kəsb edir: “Məhz bu səbəbdən son illərdə Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasəti nəticəsində Bakı təkcə regionun deyil, həm də qlobal miqyasda müzakirə və dialoq mərkəzlərindən biri kimi tanınır.

Bu gün Bakıda keçirilən və artıq ənənəyə çevrilmiş Qlobal Bakı Forumunun XIII toplantısı da məhz bu missiyaya xidmət edir. “Dəyişən dünyada parçalanmaların aradan qaldırılması” mövzusu ilə təşkil olunan forum müasir beynəlxalq münasibətlər sistemində artan qarşıdurmalar və geosiyasi parçalanmalar fonunda xüsusi aktuallıq daşıyır.

Forumun miqyası və iştirakçıların tərkibi Azərbaycanın qlobal dialoq platforması kimi nüfuzunu bir daha təsdiqləyir. Dünyada bir çox uçuşların ləğv olunduğu və səyahət məhdudiyyətlərinin artdığı bir dövrdə belə, təxminən 400 beynəlxalq iştirakçının Bakıda bir araya gəlməsi bu platformaya olan yüksək etimadı nümayiş etdirir. Bu, həm də Azərbaycanın regionun əsas diplomatik mərkəzlərindən biri kimi qəbul edildiyini göstərən mühüm göstəricidir”, - o vurğulayıb.

Deputat qeyd edib ki, Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq sistemdə təhlükəsizlik və sabitliyin əsas prioritet olaraq qalmalı olduğunu vurğulayib:

“Dövlət başçısının sözlərinə görə, təhlükəsizlik olmadan digər bütün səylər və təşəbbüslər mənasız qalır. Bu fikir əslində bu gün dünyanın üzləşdiyi reallığı çox dəqiq şəkildə əks etdirir. Çünki müasir dövrdə müharibələr, regional münaqişələr, humanitar böhranlar və enerji təhlükəsizliyi məsələləri qlobal gündəliyin əsas mövzularına çevrilib.
Azərbaycanın öz tarixində yaşadığı təcrübə də bu mövqenin formalaşmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan uzun illər beynəlxalq diqqətin və ədalətli yanaşmanın çatışmazlığından əziyyət çəkib. Ölkə ərazisinin 20 faizinin işğal altında qalması, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi beynəlxalq münasibətlər sistemində selektiv yanaşmanın bariz nümunəsi idi.
Lakin Azərbaycan bu çətin mərhələni arxada qoyaraq regionda yeni reallıq formalaşdırdı. Bu gün isə Bakı təkcə regional sabitliyin təmin edilməsində deyil, həm də qlobal dialoq mühitinin yaradılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin çıxışında Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar da diqqət çəkdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün sülh yalnız sənədlər üzərində deyil, real həyatda hiss olunmalıdır. Artıq sərhədlərdə atəş səslərinin kəsilməsi, humanitar və iqtisadi əlaqələrin bərpası regionda yeni əməkdaşlıq mərhələsinin formalaşdığını göstərir.

Azərbaycanın qlobal dialoq platformasına çevrilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi rol oynayır. Onun rəhbərlik etdiyi humanitar və mədəni təşəbbüslər, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq edən layihələr Azərbaycanın dünyada tolerantlıq və humanizm dəyərlərinin daşıyıcısı kimi tanınmasına mühüm töhfə verib.

Məhz bu siyasət nəticəsində Bakı bu gün müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və siyasi baxışların görüşdüyü nadir platformalardan birinə çevrilib. Qlobal Bakı Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər bu istiqamətdə aparılan siyasətin real nəticələridir”.

Deputat hesab edir ki, bu nəticə etibarilə, Azərbaycanın həyata keçirdiyi diplomatik və humanitar siyasət göstərir ki, qlobal böhranlar və geosiyasi qarşıdurmalar fonunda dialoq və əməkdaşlıq alternativsiz yol olaraq qalır. “Bakı isə bu dialoqun qurulduğu və sivilizasiyalar arasında körpülərin yaradıldığı mühüm mərkəzlərdən biri kimi beynəlxalq münasibətlər sistemində öz yerini getdikcə daha da möhkəmləndirir”, - deyə deputat bildirib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri