Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Qədim yunan sənətinin ən mühüm abidələrindən olan Parfenonun şərq frontonunda yer alan heykəltəraşlıq qrupu yenidən qurulub.
Kulis.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki Libixhaus muzeyinin tədqiqatçıları Afina ilahəsinin doğuluşunu təsvir edən kompozisiyanın rekonstruksiyası üzərində çalışıblar.
Layihənin arxasında uzun illərdir antik heykəltəraşlıq nümunələrini araşdıran Vinzenz Brinkmann dayanır. Alimlər İtaliya və Rusiyadakı muzeylərdə saxlanılan Roma sarkofaqlarının qapaqlarındakı təsvirlərdən də yararlanıblar. Tədqiqatın məqsədi qədim abidənin zamanla itirilmiş görünüşünü mümkün qədər dəqiq canlandırmaqdır.
Rekonstruksiya həm Parfenonun ilkin bədii quruluşunu anlamaq, həm də antik dövr heykəltəraşlığının sonrakı nəsillərə təsirini araşdırmaq baxımından əhəmiyyətlidir.
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi “Diriliş Ərtoğrul”un aktyoru axtarışa verildi - Azərbaycanla bağlı çağırışlarına görə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















