Parıltı nın arxasındakı reallıq Gizlədilməyə çalışılan köhnə dəftərlər
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Azərbaycan şou-biznesinin illərdir qalmaqalları bitmək bilməyən "ulduzu" Rəqsanə İsmayılova bu dəfə də öz ampulasına sadiq qalaraq sənəti ilə deyil, etik sərhədləri aşan davranışları və keçmişinin "qaranlıq səhifələri" ilə gündəmi zəbt edib. Lakin bu dəfə qarşısında susan kütlə yox, həqiqətləri çəkinmədən dilə gətirən Səidə Bəkirqızını gördü. Səidənin ortaya qoyduğu kəskin mövqe, əslində illərdir sənət adına sırıdılan bayağılığa və mənəvi aşınmaya qarşı bir növ kollektiv etirazın səsi oldu.
Rəqsanənin son dövrlərdə "müasirlik" adı altında nümayiş etdirdiyi soyunma meyilləri və estetik müdaxilələrlə gəncləşmək cəhdləri, sənətinin tükəndiyinin ən bariz göstəricisidir. Səsi və ifası ilə gündəm yarada bilməyən müğənninin bədənini nümayiş etdirərək diqqət çəkməyə çalışması, ancaq sənət acizliyi kimi qiymətləndirilə bilər. Rəqsanənin və qızı Aysunun bu nümayişkaranə həyat tərzi, əslində daxili boşluğunu və keçmişindən qalan "görünməz ləkələri" ört-basdır etmək cəhdindən başqa bir şey deyil.
Səidə Bəkirqızı isə bu mənzərə qarşısında susmayaraq, əslində bir çoxunun deyə bilmədiyi həqiqətləri söylədi. Səidənin Rəqsanəyə qarşı tutduğu tənqidi mövqe, sadəcə şou qalmaqalı deyil, sənətin saflığını qorumaq cəhdidir. O, Rəqsanənin illərdir manipulyasiya etdiyi "məzlum ana" obrazının arxasındakı real mənzərəni göstərməklə, cəmiyyəti bu süni parıltıya aldanmamağa çağırdı. Səidənin sözləri nə qədər acı olsa da, reallığı əks etdirir. Sənətçi örnək olmalıdır, keçmişindəki qüsurları və bugünkü etikadan kənar davranışları ilə mənəviyyatı zədələməməlidir.
Onun bahalı həyat tərzi ilə bağlı paylaşımları, cəmiyyətin bir qisminin sosial çətinliklərlə mübarizə apardığı dövrdə "var-dövlət nümayişi"nə çevrilməsi qıcıq yaradır. Bu, sadəcə zövqsüzlük deyil, həm də tamaşaçıya qarşı mənəvi hörmətsizlikdir. Səidə Bəkirqızı ilə yaşanan bu son qalmaqal isə Rəqsanənin keçmişindəki qaranlıq məqamların heç də unudulmadığını, sadəcə uyğun zaman gözlədiyini ortaya qoydu. Sənətçi öz keçmişini təmizləmək əvəzinə, hər dəfə yeni dava ilə diqqəti yayındırmağa çalışsa da, bu dəfəki tənqidlər onun peşəkarlıqdan nə qədər uzaq olduğunu yenə təsdiqlədi.
Rəqsanənin hər darıxanda soyunaraq və ya kiməsə hücum edərək reytinq toplamaq taktikası artıq iflasa uğrayıb. Cəmiyyət artıq "nə yolla olursa-olsun gündəmdə qalmaq" azarına tutulanlarla, həqiqi və dürüst mövqe sərgiləyənləri bir-birindən ayırmağı bacarır. Səidə Bəkirqızının bu mübarizədəki cəsarəti, şou-biznesin çirkin oyunlarına və Rəqsanə tipajlı sənətçilərin yaratdığı saxta nüfuza qarşı bir şillə effekti yaratdı.
Bu hadisə bir daha sübut etdi ki, keçmişin kölgəsindən qaçmaq və soyunaraq sənətçi qalmaq mümkün deyil. Rəqsanənin bu yolu onu daha da uçuruma apararkən, Səidənin həqiqəti müdafiə edən səsi cəmiyyətdə daha çox rəğbət qazanmaqdadır. Çünki sənət çılpaqlıq və skandallarla deyil, ləyaqət və istedadla ucalır.
Sosial şəbəkələrdə görünən "ulduz" Rəqsanə ilə bağlı həqiqət tam fərqlidir. Məhkəmə sənədləri, itirilmiş pullar və itirilmiş etimad...Səhnədəki parlaq obraz bizi aldatmasın. Tanınmış olmaq, məsuliyyətdən qaçmaq üçün bəhanə deyil.
Qısası, ulduz olmaq asandır, amma həyatda düzgün, məsuliyyətli və ədalətli olmaq daha vacibdir. Rəqsanə isə hələ bunu anlamayıb.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Unutdurulmağa çalışılan müharibə: Sudan həqiqətləri
23 İyun 2025 16:18
Parıltı İçində Cazibə Dilarədən yeni FOTOLAR
11 Avqust 2025 15:25
Ayın səthində iki sirli parıltı aşkarlandı
11 Noyabr 2025 16:41
“Ondan sonra gözlərimdəki parıltı, istək söndü” Mariya Stadnik
25 Aprel 2025 12:55
Antarktida sularının altında sirli bir parıltı müşahidə edildi...
04 Noyabr 2025 23:38
Baxış sayı:29
Bu xəbər 26 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları