Icma.az
close
up
RU
Paris Olimpiadasında medal rəzaləti

Paris Olimpiadasında medal rəzaləti

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən ilin yayında Fransanın paytaxtında baş tutan 33-cü Yay Olimpiya Oyunlarının başa çatmasından aylar ötsə də, dünyanın bir nömrəli idman bayramı ilə bağlı, təəssüf ki, kədərli olan müzakirələr hələ də bitməyib. Bu günlərdə Makron iqtidarının Olimpiada rəzaləti ilə bağlı faktlar yenidən gündəmi zəbt edib. Söhbət idmançıların tətif olunduqları medalların keyfiyyətindən, daha doğrusu, keyfiyyətsizliyindən gedir.

Bahalı büdcə ilə yarıtmaz təşkilatçılıq

Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarının büdcəsi 11 milyard avroya bərabərdir. Oyunları keçirmək üçün Fransanın namizədliyi irəli sürüldükdə bu məbləğ 6,2 milyard avro idi. Planlaşdırılmayan xərclərin dəyəri iki dəfəyə qədər artıq olub. Dövlət maliyyələşdirməsinin payı elan edilən 2,3 milyard avrodan 4,6 milyard avroya yüksəlib. Paris Olimpiadasının açılış mərasiminə 122 milyon avro vəsait xərclənib.

Göründüyü kimi, Makronun komandasının Olimpiada büdcəsi kifayət qədər iddialı olub. Ancaq buna baxmayaraq, ortaya tamamilə zay məhsul çıxarılıb. Yelisey Sarayının  “Paris 2024”-ün qara üzünü gizlətməyə çalışmasına rəğmən, çatışmazlıqlar həddindən artıq çox olub. Açılış ərəfəsində artıq hamıya bəlli idi ki, Olimpiada ilə bağlı təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Parisə Fransanın regionlarından və Aİ ölkələrindən çoxsaylı polis qüvvələri cəlb edilməsinə baxmayaraq, şəhərdə terror risklərinin kifayət qədər böyük olması ciddi narahatlıq doğururdu. İdmançılar Olimpiya kəndindəki dözülməz vəziyyətdən, o cümlədən də  qida çatışmazlığından şikayət edirdilər. “Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları tənqid obyektinə çevirmişdilər. Ancaq Olimpiya kəndində təkcə çarpayılar gülüş obyekti olmayıb. Otaqlarda televizorların olmaması da idmançıları məyus edib. Həmçinin müxtəlif ölkələrdən gəlmiş idmançılar “TikTok” sosial şəbəkəsində yeməklərin ədviyyatsız, bir növ dadsız olmasına təəssüfləniblər. İdmançılar paltarlarının yuyulmasında da problemlərlə üzləşdiklərini bildirirdilər.

Planetin ən böyük idman yarışmasının rəsmi açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub. Lakin burada da Yelisey Sarayının dünya idman ictimaiyyətinə açıq-aşkar hörmətsizliyi, Sena çayının ekoloji təmizliyi ilə bağlı yaydığı yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatdığı ortaya çıxdı.

Açılış mərasimində nümayiş etdirlən bir sıra səhnələr Yelisey Sarayının Olimpiada rəzalətinin pik nöqtəsi sayıla bilər. Ümumi qənaət belədir ki, Parisdə baş tutan açılış mərasimi bütövlükdə, Olimpiya tarixində bir rüsvayçılıqdır.

100-dən çox medal geri qaytarılıb

“Paris-2024” başlamazdan öncə düzənlənən medalların təmtəraqlı təqdimat mərasimi yaddaşlardan silinməyib. Yerli Təşkilat Komitəsinin mənzil-qərargahında baş tutan tədbirdə qurumun sədri Toni Estanqe medalların böyük zəhmət bahasına və çətinliklə başa gəldiyini açıqlamışdı. Sitat: “Qızıl, gümüş və bürünc medalların Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb”.

Bu təmtəraqlı mərasimdən az sonra bəlli oldu ki, əslində, nəhəng yox,  zay iş görülüb. Əks halda 100-dən çox medal keyfiyyətini itirdiyinə görə geri qaytarılmazdı. Xüsusilə də “bürünclər”in daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir. Əslində, medalların keyfiyyətsizliyinə görə ilk narazılıqlar Olimpiadanın davam etdiyi günlərdə ifadə olunurdu. ABŞ skeytbordçusu Nayca İmani Hyustonun qazandığı bürünc medalın keyfiyyətsiz olması ilə bağlı paylaşdığı video həmin vaxt xeyli müzakirələr yaratmışdı. Sonradan Fransa üzgüçüləri Kleman Sekki ilə Yohann Ndoy Bruar da medallardan narazıların  sıralarına qoşuldular. Yohann Ndoy Bruar ölkəsinin yarıtmaz təşkilatçılığını rişxənd obyektinə çevirməkdən belə çəkinmədi. Belə ki, o, “Paris 2024” əvəzinə, “Paris 1924” yazaraq təşkilatçıları ələ saldı. Kleman Sekki isə medalları “timsah dərisi”nə bənzətmişdi...

Oxşar problemlə Azərbaycan millisinin üzvvləri də üzləşiblər. Belə ki, “Paris-2024”-ün gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşi üzrə üçüncü olan Həsrət Cəfərov (67 kq) aldıqları medalların keyfiyyətini itirdiyindən şikayətləniblər. Q.Maqomedov layiq görüldüyü medalla qürur duyduğunu bildirsə də, pis keyfiyyətlə qarşılaşmasından məyusluğunu gizlətməyib. H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırıb. Eyni zamanda, Olimpiya çempionları Hidayət Həydərovun, Zelim Kotsoyevin və digərlərinin də medallarının keyfiyyətinin itirdiyi bildirilir.

Kütləvi etirazlardan sonra Beynəlxalq Olimpiya Komitəsi  məsələyə münasibət bildirib. Qurum zədələnmiş bütün medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyini, prosesə yaxın həftələrdə başlanılacağını açıqlayıb. Öz növbəsində Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) də komandamızın layiq görüldüyü 7 medalın hər birini araşdırmağa qərar verib. MOK araşdırmaları başa çatdırdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlamağı planlaşdırır.

Görünən odur ki, Fransa medalların hazırlanmasında açıq-aşkar saxtakarlığa yol verib. 100-dən çox medalın məhz aşağı keyfiyyətə görə geri qaytarılması digər qənaətləri istisna edir. Onu da əlavə edək ki, əvvəlki olimpiadalarda medalların keyfiyyətindən kütləvi narazılıq heç vaxt qeydə alınmayıb. Beləliklə, Makron Olimpiada sınağından da pis lider kimi çıxıb...

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see424

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see402

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see379

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see329

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see284

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see271

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see263

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see249

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see226

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see219

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see194

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see194

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see193

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see191

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see188

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see187

Evini sığortalamayanların diqqətinə: cərimələnəcəksiniz!

24 İyul 2026 08:17see180

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see178

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see174

Yelo Bank sanksiya siyahısından çıxarıldı QƏRAR

24 İyul 2026 01:21see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri