Icma.az
close
up
RU
Parisdə Novruz bayramı münasibətilə xalça sərgisi açılıb

Parisdə Novruz bayramı münasibətilə xalça sərgisi açılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 18 mart, AZƏRTAC

Fransada Azərbaycan Səfirliyinin dəstəyi, “Arts Council Azerbaijan” və Azərbaycanın Dostları Assosiasiyasının birgə təkilatçılığı ilə səfirliyimizin Mədəniyyət Mərkəzində Novruz bayramı münasibəti ilə “İkinci həyat” layihəsi çərçivəsində “Azərbaycan xalçalarında bahar təravəti” adlı xalça sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Beqen, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və “İkinci həyat” layihəsinin yaradıcısı Sona Quliyeva çıxış ediblər. Natiqlər milli kimlik nişanəmiz Novruz bayramı haqqında məlumat veriblər. Bildirilib ki, Novruz Azərbaycan xalqının sağlam təfəkkürünü, mənəvi-əxlaqi baxışlarını, tarixin bütün dövrlərində yeniliklərə, inkişafa açıqlığını, keçmişimizi, bu günümüzü və gələcəyimizi əks etdirir. Novruz sadə bir el bayramı deyil, minilliklər ərzində cilalanmış, ulularımızın düşüncələrindən, dünyagörüşündən gələn, milli varlığımızın bir çox cəhətini özündə ehtiva edən bütöv bir dəyərlər sistemidir.

Novruz bayramının milli dövlətçilik ənənələrimizdə də müstəsna yeri və rolu var. Ümummilli Lider Heydər Əliyev Novruz bayramına milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu bayrama böyük dəyər verir, xalqımızın birliyinin, bütövlüyünün, mənəvi kamilliyinin, mədəniyyətimizin zənginliyinin və unikallığının əsas rəmzlərindən biri kimi onun qorunması, təbliği istiqamətində dövlət səviyyəsində sistemli tədbirlər həyata keçirilir.

Tədbirdə “İkinci həyat” layihəsi haqqında da məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi beynəlxalq mədəni əməkdaşlığı və müasir incəsənətlə ənənəvi bədii irs formaları arasında dialoqu inkişaf etdirməkdir. Bu çərçivədə ilkin vəziyyətini itirən Azərbaycan xalçalarına ənənəvi və müasir bədii texnikaların kombinasiyası vasitəsilə yeni həyat verilir.

Tədbir iştirakçıları Novruz bayramı münasibəti ilə hazırlanmış dekorativ məkanla, eləcə də ikinci həyat verilmiş xalçalarla tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri