Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Parisdə “Ukrayna sammiti” qərarsız bitdi Avropa liderlərindən açıqlamalar

Parisdə “Ukrayna sammiti” qərarsız bitdi Avropa liderlərindən açıqlamalar

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 17-də Parisdə Avropa İttifaqının (Aİ) bir sıra üzvlərinin və qurumlarının rəhbərləri, eləcə də NATO-nun baş katibi Avropa ölkələrinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyacaq sülh nizamlanmasında mümkün iştirakını, o cümlədən Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə ediblər. ABŞ əvvəllər Aİ ölkələrinin hər birindən konkret hansı töhfə verə biləcəyi ilə bağlı məlumat tələb etmişdi.

Parisdə keçirilən görüşü Fransa prezidenti Emmanuel Makron Donald Tramp administrasiyasının son bəyanatları və hərəkətləri fonunda çağırıb. Bu da bir sıra Aİ ölkələrində ABŞ-ın yeni administrasiyasının Avropanın maraqlarını nəzərə alıb-almayacağı, Rusiya ilə Aİ və Ukrayna üçün əlverişsiz olan razılığa gəlib-gəlməyəcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

İclasda Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Polşa, Danimarka və Hollandiya liderləri ilə yanaşı, Avropa Komissiyasının və Avropa Şurasının sədri, NATO-nun baş katibi iştirak edib. Başlamadan əvvəl Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.

Görüş bir neçə saat davam edib. Qərarların qəbul olunduğu barədə məlumat yoxdur. Danimarkanın Baş naziri Mette Frederiksen jurnalistlərə bildirib ki, görüşün qeyri-rəsmi fikir mübadiləsi xarakteri daşıyır və liderlərin heç nə ilə bağlı razılığa gəlməsi gözlənilmir.

Bütün liderlər Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyindən danışıblar. 

Almaniya kansleri Olaf Şolz jurnalistlərə bildirib ki, ABŞ və Aİ bütün NATO ölkələri kimi Ukrayna üçün təhlükəsizlik və təminat məsələlərində birgə hərəkət etməlidir. Eyni zamanda, o, Ukraynada hər hansı sülhməramlı missiya və Almaniyanın orada iştirakından danışmaq hələ tez olduğunu bildirib. Daha əvvəl bildirilmişdi ki, Parisdəki görüşdə digər məsələlərlə yanaşı, Ukraynadakı sülhməramlı missiya da müzakirə oluna bilərdi. Şolzun sözlərindən belə çıxır ki, Parisdə keçirilən sammitdə belə bir missiya ilə bağlı heç bir qərar verilməyib. Kansler bildirib ki, sülhməramlı missiya ilə bağlı söhbətlər onu qıcıqlandırır, çünki Ukraynada müharibənin sonu görünmür və hazırda sülhməramlıların göndərilməsindən söhbət gedə bilməz.

Şolz həmçinin iclasın bütün iştirakçılarının razılaşdığı bir neçə məqamı qeyd edib. Bu, Ukraynanın Aİ-yə üzvlük yoluna davam etməsi, suverenliyini və demokratiyasını müdafiə etməsi və güclü orduya sahib olması üçün bir fürsətdir. Kanslerin fikrincə, bu prinsiplər danışıqlarda müzakirə predmetinə çevrilməməlidir. Şolz Ukrayna sərhədlərinin toxunulmazlığından bəhs etməyib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen iclas iştirakçılarının fotosunu dərc edib və yazıb ki, onlar Ukraynanın güc vasitəsilə sülhə layiq olduğunu təsdiqləyiblər. 

“Müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət edən, güclü təhlükəsizlik zəmanətləri ilə sülh", - o, qeyd edib.

Leyen, həmçinin Avropada müdafiənin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Polşanın Baş naziri Donald Tusk da görüşdən sonra ABŞ və Aİ arasında birliyin zəruriliyindən danışıb. Onun sözlərindən belə çıxır ki, müzakirə olunan mövzular arasında Aİ ölkələrində müdafiə xərclərinin artırılması və bununla bağlı büdcə qaydalarına dəyişikliklər də olub. Tusk həmçinin Ukraynanın taleyi ilə bağlı qərarların Ukraynanın iştirakı olmadan qəbul edilməməsi prinsipinə sadiqliyini təsdiqləyib.

Böyük Britaniyanın Baş naziri Keir Starmer və Danimarkanın Baş naziri Frederiksen də müdafiə xərclərinin artırılmasının tərəfdarı olduqlarını bildiriblər. Starmer təsdiqləyib ki, sülh razılaşmaları əldə olunarsa, Britaniya öz qoşunlarını Ukraynaya göndərə bilər. Bununla belə, onun sözlərinə görə, yalnız ABŞ-ın zəmanəti gələcəkdə Rusiyanın Ukraynaya növbəti hücumunun qarşısını ala bilər.

Danimarkanın Baş naziri də öz növbəsində qeyd edib ki, Rusiya digər Avropa ölkələri üçün təhlükə yarada bilər.

ABŞ və Rusiya çərşənbə axşamı - bu gün Səudiyyə Ərəbistanında danışıqlar aparmağa hazırlaşırlar. Hər iki tərəf Ukraynada mümkün sülh danışıqlarına doğru ilk addımı atmağa çağırıb. Avropa ölkələrində narahatlıq doğuran danışıqlara nə Ukrayna, nə də Aİ dəvət olunmayıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bazar ertəsi bildirib ki, Ukrayna sülh şərtləri ilə bağlı qərarları əlbəttə ki, təkbaşına verəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:384
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Fevral 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri