Icma.az
close
up
RU
Parisdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Parisdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu olduğunu deyib. Bildirib ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub və möhkəmlənib. Ulu Öndər milli-mənəvi dəyərlərimizin yaşadılmasında, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında və nüfuzunun artmasında böyük rol oynayıb.

Səfir vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarıb. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır.

Tədbirdə Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan-Fransa münasibətlərinin tarixi, Ümummilli Liderin Fransaya ilk səfəri, ozamankı Prezident Fransua Mitteranla görüşündən söz açıb. “Mitteran Azərbaycanın bölgədəki yerini və rolunu, iqtisadi potensialını, ən əsası isə Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunu yüksək dəyərləndirirdi. Çünki Mitteranın SSRİ ilə əlaqələri vardı və Heydər Əliyev Moskvada çalışdığı vaxtlardan onu tanıyırdı”, - deyə Həsən Həsənov qeyd edib. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı olduğu kimi dünyaya göstərmək, problemlərini, ölkəmizə qarşı təcavüzü beynəlxalq aləmə çatdırmaq istəyirdi. Bu kimi səfərlərin əsas məramı Azərbaycanın real vəziyyətini beynəlxalq aləmə çatdırmaq idi. Ölkəmizin buna böyük ehtiyacı var idi. Heydər Əliyev də bunu hamıdan yaxşı və çox inandırıcı şəkildə edə bilirdi.

Anım tədbirində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri