Icma.az
close
up
RU
Astanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Astanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycanın Qazaxıstandakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA xəbər verir ki, əvvəlcə səfirlikdə Ulu Öndərin büstü önünə güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, Heydər Əliyevin rolu Azərbaycan tarixində həm diplomatik, həm iqtisadi, həm də strateji baxımdan əsas yer tutur. O, beynəlxalq arenada gərgin diplomatik iş aparıb, çoxsaylı dövlətlərlə danışıqlar nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın işğalçılıq siyasətinin pislənməsi ilə bağlı qətnamələrin qəbul edilməsinə nail olub.Ağalar Atamoğlanov diqqətə çatdırıb ki, Heydər Əliyev Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradarkən bunu həm də Qarabağın azadlığı üçün edirdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi.“Onun təşəbbüsü ilə reallaşdırılan nəhəng iqtisadi layihələr ölkəyə böyük maliyyə vəsaiti gətirməklə yanaşı, güclü ordunun yaradılmasına da şərait yaradıb. Qarabağın azadlığı üçün güclü ordunun yaradılması vacib məsələ idi”, - deyə səfir vurğulayıb.Diplomat xatırladıb ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub və bu çərçivədə Qazaxıstanda bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.“Eyni zamanda, Astananın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adı verilib, onun haqqında Qazaxıstan TV sənədli film çəkib və “Qazpoçt” tərəfindən poçt markası buraxılıb. Bütün bunlar Heydər Əliyevin xidmətlərinin və irsinin unudulmaz olduğunu göstərir”, - deyə səfir qeyd edib.Digər çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusunun gücü və qüdrəti artıb. Bunun ən bariz nümunəsi isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir.Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, bu ölkədə yaşayan soydaşlarımız da iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri