Icma.az
close
up
RU
Parisdən İrəvana “sərhəd gərginliyi” zəngi Hədəf bəlli oldu

Parisdən İrəvana “sərhəd gərginliyi” zəngi Hədəf bəlli oldu

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın xarici işlər naziri Jan-Noel Barronun ermənistanlı həmkarı Ararat Mirzoyanla son telefon danışığı diqqət çəkib.

Məlumata görə, Fransa XİN rəhbəri danışıq zamanı Azərbaycan-Ermənistan sərhədində müşahidə olunan gərginliyə görə narahatlığını ifadə edib. Barro həmçinin Avropa İttifaqının (Aİ) “müşahidə missiyası”nın sayının artırılmasını təklif edib. Lakin Mirzoyanın buna cavabı isə mətbuata açıqlanmayıb.

Bakı ilə hazırkı vəziyyət fonunda İrəvan bu təkliflə razılaşa bilərmi? Ermənistanın müsbət cavabı sülh prosesinə necə təsir göstərər?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Fransanın xarici işlər naziri öz çıxışlarında hər zaman Azərbaycanı tənqid edib:

“O baxımdan sözügedən təklif təəccüblü deyil. Lakin bu, həm də qəbuledilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə dəfə bu məsələ ilə bağlı Parisə lazımi cavabı verib.

Fransanın reaksiyası əslində başadüşüləndir. Belə ki, Paris hökuməti Ermənistanın hesabına regionda möhkəmlənmək istəyir. Hələlik bunu Aİ-nin “mülki missiyası” vasitəsilə etməyə çalışırlar. Gərginlik təəssüratı yaradaraq missiyanın sayının artırılmasına nail olmaq istəyirlər”.


İlyas Hüseynov

Politoloq vurğulayıb ki, Aİ-nin missiyanın tərkibi artırılmamalı, hətta onlar regiondan çıxarılmalıdırlar:

“Hazırda şərti dövlət sərhədinin şimal hissəsinin 12 km sərhəd zolağı demarkasiya edilib. Daha cənubda yerləşən “mülki missiya” isə nə delimitasiyaya, nə də sabitliyə töhfə verir.

Fransa Ermənistan və Azərbaycan arasında sabitliyin əldə edilməsində maraqlı deyil. Sülh olarsa, Parisin regiona təsir imkanı da azalacaq. Ona görə gərginliyin artması üçün bu kimi addımlar atılır və bəyanatlar səslənir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri