Parkda canlı yayım açıb söyüş söyən tiktoker həbs olundu
Icma.az bildirir, Lent az portalına istinadən.
Sosial şəbəkələrdə qeyri-etik ifadələr səsləndirən daha bir şəxs həbs olunub.
Lent.az-ın xəbərinə görə, 21 yaşlı H. Vəlili parkalrın birində “tiktok” sosial şəbəkəsində özünə məxsus “qaranlig_001_” adlı hesabda canlı yayım açıb. Canlı yayım zamanı o, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir edənə hərəkətlərə yol verib.
Nəticədə H. Vəlili polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
H. Vəlili ifadəsində əməlindən peşman olduğunu bildirib.
Məhkəmə onun 10 gün müddətinə inzibati qaydada həbsinə qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















