Parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqlədi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclis Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsini təsdiqləyib.
Ölkə.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif olunub.
Bundan başqa, Rəşad Temraz oğlu Orucovun AMB İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi məsələsi də layihədə yer alıb.
Layihə səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “Mərkəzi Bank haqqında” qanuna əsasən İdarə Heyətinin 7 daimi üzvü olmalıdır.
Baxış sayı:118
Bu xəbər 07 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















