Parlament Sədrlərinin 6 cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclası keçirilib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
İclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri iştirak edir.
Tədbirdə Parlament Sədrlərinin 6-cı Dünya Konfransına hazırlıqla bağlı görülən işlər, Komitənin sonuncu iclasının hesabatı, Dünya Konfransının yekun sənədinin qəbul olunması və digər təşkilati məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 İyul 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















