Icma.az
close
up
RU
Parlamentari: Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır

Parlamentari: Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir.

Bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.

Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu olduğu vurğulanan müraciətdə, həmçinin qeyd edilir: “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır”.


Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a deyib ki, uzun illər Qarabağ, Şərqi Zəngəzur Ermənistan və erməni separatçıları tərəfindən işğal altında saxlanıldı:


"Azərbaycanın ən münbit əraziləri və fayda götürə biləcəyimiz torpaqlar məhz bu ərazilərdə yerləşirdi. Bu torpaqların da Azərbaycanın nəzarətində olmaması iqtisadiyyata çox böyük ziyan vurdu. Nəticə etibarilə 1 milyon məcburi köçkün olması da dəymiş zərəri qat-qat artırdı. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı sahəsi ilə bağlı xeyli potensialın olsa da, biz bunu istifadə edə bilmirdik. Eyni zamanda fabrik və zavodların da tamamilə dağıdılması və Azərbaycan iqtisadiyyatına heç bir fayda verməməsi də göz önündə idi. Lakin torpaqlarımızı işğaldan azad etdikdən sonra ən qısa zamanda mövcud iqtisadiyyata inteqrasiya etməsi üçün lazımi tədbirlər həyata keçirildi və indi də davam edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu üçün vacib olan bütün yolların qurulması, enerji xətlərinin çəkilməsi, xüsusi nəqliyyat şəbəkələrinin formalaşdırılmasını reallaşdırdıq. Zəngilan və Füzuli hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq hava limanının isə açılışı həyata keçiriləcək".


Deputat əlavə edib ki, sözügedən ərazilərdə iqlim şəraitinin ağırlığı bizim işimizi çətinləşdirsə də, isti havalarda belə hərəkətin mümkünlüyünü təmin edəcək və dünyada ən müasir yollar inşa edilib:

"İlk növbədə meşə massivinin inşası, müasir tələblərə cavab verən fermer təsərrüfatlarının yaradılması, həmçinin zamanında hansı sahə üzrə ixtisaslaşmış ərazilərdə ənənəyə uyğun qalaraq fabrik və zavodların inşası reallaşacaq. İşğaldan azad olunmuş torpaqlarda müəyyən müddətlik vergidən azad edilmiş texnoparkların əsasının qoyuldu. Bütün bunlar növbəti onillikdə həm bu ərazilərin, həm də Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatını tamamilə möhkəmləndirəcək. Nəticədə Azərbaycan iqtisadiyyatının gücünə güc qatılacaq. Məhz 3 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən fermerlərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların, arıçılığın həmin bölgələrə köçürülməsinə  şahidlik edirik. Həmçinin mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı ilə bərabər, həm də məşğulluğu dövlət tərəfindən təmin olunacaq. Bir sözlə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır, o cümlədən təxirəsalınmaz tədbirlər keçirilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri