Parlamentari: İxrac coğrafiyamızın genişlənməsi siyasi mövqelərimizi də möhkəmlənməsi deməkdir
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna "Transbalkan" dəhlizi ilə ilk dəfə Azərbaycan qazı idxal edəcək.
Bu barədə Ukraynanın "Naftogaz" şirkətinin rəhbəri Sergey Koretski məlumat verib.
"Ukrayna Transbalkan dəhlizi ilə ilk dəfə Azərbaycana qazı idxal edir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə qaz alışı üzrə ilk müqavilə imzalanıb.
Sınaq tədarükü Bolqarıstan və Rumıniya üzərindən həyata keçiriləcək. Bu, həcmi baxımından kiçik olsa da, strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığın yolunu açır. Eyni zamanda tədarük mənbələrinin diversifikasiyasına daha bir nümunədir", – Koretski səhifəsində bildirib.
Milli Məclisin deputatı Azər Badamov “Sherg.az”a deyib ki, Azərbaycan qazının Ukraynaya sınaq məqsədilə ilk nəqli Transbalkan marşrutu üzrə Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilir:

“Bu, Azərbaycan qazının ixracının şaxələndirlməsi deməkdir. Ukraynaya kiçik həmcdə qaz ixrac olunacaq. Amma gələcəkdə texniki imkanlar genişlənəcəyi təqdirdə ixrac həcmləri də artırmaq mümkündür. Çünki Ukraynada Azərbaycan qazına daha çox həcmlərdə ehtiyac var. İxrac coğrafiyamızın genişlənməsi iqtisadi mövqelərimizlə yanaşı, siyasi mövqelərimizi də möhkəmlənməsi deməkdir. Qaz elə bir resursdur ki, onun alıcısı qabaqcadan müəyyən olunmalıdır. Bu baxımdan uzun müddətli bazarların yaranması iqtisadi inkişafımızı da gücləndirir. Həm də Ukrayna ilə siyasi münasibətlər də inkişaf edir. Bu baxımdan, Azərbaycan Balkan ölkələrinə, Avropaya qazı ixrac etməklə dostların sayını da artırımış olur. Azərbaycan etibarlı tərəfdaşdır və ona görə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı günü-gündən artır”.
Deputat hesab edir ki, Yaxın gələcəkdə Azərbaycan qazının ixrac bazarları daha da genişlənəcək:
“Bunun üçün yeni magistal kəmərlər tikilməli və yeni istehsal sahələri yaranmalıdır. Hesablamalara görə Xəzər dənizində ən azı 100 ildə daha böyük həcmdə qaz ixrac etmək potensialı var. Bu da ölkəmizə uzunmüddətli iqtisadi gəlirlərin gəlməsi deməkdir”.
Kəmalə Vəliyeva


