Parlamentin komitə sədri: Kənd təsərrüfatına göstərilən diqqət və dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 23 aprel, AZƏRTAC
İqtisadi nəticələr və sahibkarlığın inkişafı ölkəmizin uğurlarına yeni yollar açır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev aprelin 23-də parlamentdə keçirilən Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Tahir Rzayev qeyd edib ki, kənd təsərrüfatına göstərilən diqqət və dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Aqrar sahədə həyata keçirilən islahatlar, yeni qanunların qəbulu, fərman və sərəncamların imzalanması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, yeni subsidiya mexanizminin hazırlanması və aqrar sığortanın genişləndirilməsi kimi tədbirlər öz müsbət nəticələrini verməkdədir.
“Vətəndaşlar əldə edilən uğurlardan, Qarabağ və Şərqi Zəngəzurun azad olunmasından, bu ərazilərdə aparılan tikinti və bərpa-quruculuq işlərindən qürur hissi keçirirlər. Əhali, xüsusilə azad edilmiş torpaqlarda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə böyük maraq göstərir”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















