Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Parlamentin komitə sədri “torpaq amnistiyası” təklif edir

Parlamentin komitə sədri “torpaq amnistiyası” təklif edir

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Parlamentdə "torpaq amnistiyası"nın verilməsi təklif olunub.

Belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.
Zahid Oruc deyib ki, məhkəməyə daxil olan müraciətlərin sayı göstərir ki, vətəndaşlar çox ciddi problemlərlə üzə-üzə qalıb: “2011-ci ildə möhtərəm cənab prezident İlham Əliyev tərəfindən Bakı şəhəri icra hakimiyyətində keçirilən müşavirə sözügedən sahədə inqilabi dəyişikliklərə səbəb oldu. 114 minə yaxın şəxs məhz yeni əmlak sahiblərinə çevrilərək ölkəmizin iqtisadi rifah siyasətinə töhfə verdi. Ardınca 2023-cü ilin mayın 1-dən qeyri-yaşayış fondlarının hüquqi aktlarla təminatına dair mühüm qanun qəbul olundu. Qısaca həmin sənədin mahiyyəti ondan ibarət idi ki, dövlət vətəndaşlarla yeni səhifədən başlamağı təklif edirdi. Yəni, bir tərəfdən 40 mindən artıq mülkiyyətçiliyinin hüququ tanınır, digər yandan həmin tarixdən sonra torpaq zəbtləri, qanunsuz tikililər və digər infrastruktura kommunikasiya xətlərinin çəkilməsi hüquqi məsuliyyət doğurur, cinayət təqibinə səbəb olurdu. Göründüyü kimi, belə yanaşma əsaslı idi, çünki sadə əhali arasında “əmlak əfvi” adlanan qərar keçmiş illər ərzində yaranan böyük problemi həll etməyə cəhd idi. Digər tərəfdən, yenilərinin yaranmasının qarşısını, nəhayət, kəsməyə xidmət edəcəkdi. Qərarın yerinə yetirilməsinin sürəti haqda müzakirələr aparmaq olar, lakin minlərlə vətəndaşımızın qanuni mənafelərinin təmin olunması ən böyük sosial siyasət uğurları sırasındadır. Lakin digər tərəfdən, bələdiyyələrin ehtiyat fondları, yaxud onların mülkiyyətində olan ərazilərin dəqiq xəritələrinin bəlli olmaması, o cümlədən, reyestrləşmə sahəsində yer quruluşu layihələri, istifadə növləri, kadastr sənədləri, xüsusilə elektron daşıyıcılarda məlumatların yerlərə köçürülməsi zamanı baş verən kütləvi xətalar ciddi şəkildə dövlət-vətəndaş münasibətlərində problemə yol açıb, məhkəmələrə böyük iş yükü yaradıb və yerinə yetirilməyən çoxsaylı qərarları meydana gətirib. Çıxarış sənədləri ilə reallıq arasında fərqi düzəltmək üçün atılan addımlar vətəndaşlar arasında qarşılıqlı anlaşmalar olmadıqda yeni çəkişmələrə səbəb olur. Təkcə bir rayonda 115 min verilən daşınmaz əmlak aktlarının 80 faizində oxşar problem var. Ona görə də, Əmlak məsələləri Dövlət Xidmətinə parlament və hökumət tərəfindən daha çox dəstək, səlahiyyət və zəruri kömək göstərilməli, birgə komissiya yaradılmalıdır ki, mövcud problemi, nəhayət, köklü həll etmək mümkün olsun”.

Zahid Oruc qedy edib ki, vətəndaşların qanunu hüquqlarının tanınması daşınmaz əmlakı həm də kredit resursuna çevirir, milyardlarla manat əlavə iqtisadi dəyər yaradır, kölgə iqtisadiyyatını aradan qaldırır, hərbi xidmətə oğul verən ailələrin tamhüquqlu vətəndaş kimi özlərini hiss etmələrinə səbəb olur, kriminal hadisələrin qarşısını alır, korrupsiyanın meydanını daraldır: “Ona görə də prezidentimizin əfv siyasətini, humanist qərarlarını genişləndirərək, “torpaq amnistiyası”nın verilməsi məqsədəuyğun olar. Yəni, qanunsuz zəbtlərin durdulması, nəhayət, tam ləğvi üçün zəruri hüquqi baza Azərbaycan dövlətinin yeni mərhələdə siyasətində ən mühüm milli akta çevrilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see268

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see261

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see257

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see255

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see250

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see244

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see241

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see236

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see224

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see215

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see211

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see205

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see200

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see200

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see198

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see197

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see194

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see191

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri