Parollarımız risk altındadır Süni intellekt rahatlıqla tapır
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Süni intellekt texnologiyalarının sürətli inkişafı rəqəmsal təhlükəsizlik sistemlərini ciddi sınaq qarşısında qoyub. Son tədqiqatlar göstərir ki, AI alətləri mürəkkəb kombinasiyalı şifrələri belə saniyələr ərzində təxmin etmək qabiliyyətinə malikdir. Bəs bu texnoloji sıçrayış virtual dünyada tam müdafiəsiz qaldığımız, rəqəmsal təhlükəsizliyin tamamilə sonu çatdığı anlamına gəlir?
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ rəqəmsal təhlükəsizliyin sona çatması kimi təqdim olunsa da, reallıqda vəziyyət daha fərqlidir:
“Bu süni intellektin qeyri-adi gücünü deyil, daha çox köhnə və zəif sistemlərdə şifrələrin sındırılma müddətini göstərir. Əslində süni intellekt şifrəni birbaşa “oxumur”. O, sadəcə insanların şifrə seçərkən istifadə etdiyi tipik davranış modellərini təhlil edir və milyonlarla ehtimalı çox qısa müddətdə yoxlayaraq düzgün kombinasiya tapmağa çalışır. Məsələn, “ad + doğum ili + simvol” kimi sadə şifrələr bu yanaşma ilə daha asan təxmin oluna bilər. Bununla belə, bu texnologiya təhlükəsizliyi tam şəkildə pozmur. Çünki güclü və təsadüfi şəkildə yaradılmış, uzun və mürəkkəb şifrələr süni intellekt üçün də praktik olaraq çox çətin və vaxt aparan olur. Bundan əlavə, əksər platformalarda ardıcıl səhv girişlərdən sonra hesabın bloklanması kimi təhlükəsizlik mexanizmləri mövcuddur”.
O bildirib ki, daha təhlükəsiz qalmaq üçün bir neçə əsas prinsipə əməl etmək kifayətdir:
“Uzun və mürəkkəb şifrələrdən istifadə etmək, hər hesab üçün fərqli şifrə seçmək, iki mərhələli təsdiqləməni (2FA) aktivləşdirmək və şifrə menecerlərindən yararlanmaq. Nəticə etibarilə, süni intellekt hücumların sürətini artıra bilər, lakin düzgün kibertəhlükəsizlik vərdişləri ilə istifadəçilər öz məlumatlarını effektiv şəkildə qorumağa davam edə bilərlər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Süni intellekt iş dünyasını dəyişdirir Bu peşələr risk altındadır
05 Dekabr 2025 21:30
Süni intellekt artıq işçiləri əvəz edir Hansı peşələr risk altındadır?
22 İyul 2026 11:45
Süni intellekt və SEO fırıldaqları: Məlumatlarınız təhlükə altındadır
10 İyun 2025 10:22
Sonsuzluğun müalicəsində yeni dövr: Süni intellekt sperma tapır
12 May 2026 21:26
Süni intellekt
08 Dekabr 2024 11:04
Baxış sayı:143
Bu xəbər 16 İyun 2026 18:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları