Icma.az
close
up
RU
Partiya sədri: “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur”

Partiya sədri: “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verildiyi kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. 

O, korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində həbs olunub. İslam Rzayev son illərdə həbs olunan 10-cu icra başçısı olub.

Göründüyü kimi, ölkədə korrupsiya ilə məşğul olan məmurlara qarşı təmizləmə prosesi gedir. Şübhəsiz ki, bütün bunlardan nəticə çıxarmayan digər məmurları da eyni aqibət gözləyir. 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hər zaman ölkədə antikorrupsiya əməliyyatlarının keçirilməsinin tərəfdarı olub:

“Son dövrlər 10 icra başçısı həbs olunub. Üstəlik, hər birinin külli miqdarda korrupsiya əməlləri ortaya çıxıb. Bu məsələyə sistemli yanaşma lazımdır. Hesab edirəm ki, Azərbaycanın imicinə ağır zərbə vuran icra hakimiyyəti sistemi ləğv olunmalı və onların səlahiyyətləri bələdiyyələrə verilməlidir. Seçki ilə yolu ilə vəzifəyə gələnlər bir qədər haqqın tərəfdarı olurlar.

Çünki yaxşı işləməsələr, gələn dəfə seçilməyəcəklərini bilirlər. Üstəlik, yerli camaatın iştirakçılığı təmin edilməli və ictimai nəzarət güclü olmalıdır. İndi icra başçıları ictimai nəzarəti yaxına buraxmırlar. İcra başçıları ölkəni talamaqla məşğul olurlar”. 

Siyasətçinin sözlərinə görə, icra başçıları işə təyin olunanda onlardan əmlak bəyannamələri alınmalıdır:

“Beləliklə, vəzifəyə gələndə və gedəndə əmlakları bəlli olacaq. Çünki indiki vəziyyətdə bəzi icra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur. Onlara çox yüngül cəzalar verilir. Onların əmlakı və korrupsiya ilə mənimsənilmiş vəsait əllərindən alınmalıdır. Mən deputat olanda büdcə sənədində korrupsiyadan mənimsənilən vəsaitlərin qaytarılması bəndinin salınmasını təklif etmişdim. Lakin həmin məsələ bu günə qədər həllini tapmayıb”. 

Həmsöhbətimiz qeyd edib ki, ölkədə vəzifəsini düzgün icra etməyən icra başçıları, məmurlar və nazirlər nəzarətdə saxlanılmalıdır:

“Onların korrupsiya yolu ilə əldə etdikləri əmlakları əllərindən alınmalıdır. İcra başçılarının çoxu illərdir bu talançılığı edirlər. Hesablama Palatası və vergi strukturları mütəmadi şəkildə yoxlamalıdır. Nazirliklərin də çoxu eyni vəziyyətdədir.

Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı da dəyişiklik olunmalıdır və bu strukturu Birinci vitse-prezidentə tapşırmaq mümkündür. Həmçinin, Naxçıvanda Ali Məclislə bağlı məsələyə də baxılmalıdır. Bu, Naxçıvanın muxtariyyətinə də təsir etməz”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Fərəc Quliyev icra başçıları

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri