Partiya sədrinin başına sarımsaq atdılar Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Fransada sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella ölkənin şərqində kənd təsərrüfatı yarmarkasında seçicilərlə görüşərkən insidentlə qarşılaşıb.
“Qafqazinfo” “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, hadisə Bokruassan kommunasında baş verib.
Siyasətçi izdihamın arasından keçərək avtoqraf payladığı və tərəfdarları ilə selfi çəkdirməyə çalışdığı vaxt naməlum şəxs onun başına sarımsaq fırladıb. Zərbədən dərhal sonra təhlükəsizlik xidmətinin əməkdaşları siyasi liderin ətrafını əhatəyə alaraq onu mühafizə ediblər.
Məlumata görə, kütlə baş verənlərə etiraz etsə də, Bardellanının gəlişindən əvvəl bəzi ticarətçilər sıxlığın onların gəlirlərinə mənfi təsir göstərəcəyindən narazılıqlarını bildirmişdilər.
Xatırladaq ki, bu, sağçı liderə qarşı ilk belə hücum deyil. Ötən ilin payızında Muassak şəhərində “Fransızlar nə istəyir?” kitabının təqdimatı zamanı 70 yaşlı bir kişi Bardellaya yaxınlaşaraq onun başında yumurta sındırmışdı. Həmin şəxs polis tərəfindən dərhal saxlanılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 11 Sentyabr 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















