Icma.az
close
up
RU
Partlayan “SpaceX” raketinin parçalarını bəzək əşyasına çeviriblər

Partlayan “SpaceX” raketinin parçalarını bəzək əşyasına çeviriblər

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ötən həftə “SpaceX” tərəfindən sınaq uçuşu üçün Texasdan buraxılan raket havada olarkən partlayıb. Onun parçaları Floridada tətildə olan amerikalı cütlük tərəfindən tapılıb. Raketin parçalanması onu izləyən müşahidəçilər üçün təsirli işıq şousu yaradıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Floridadan olan Zavet cütlüyü “7News”a bildiriblər ki, bir dostunun ad gününü qeyd edərkən raketin partlamasına şahid olublar.

“Əvvəlcə bir səs eşitdik, onun nə olduğunu başa düşə bilmədik. Göyə baxanda bunun meteor yağışı olduğunu düşündük. Biz əvvəllər belə bir şey görməmişdik”, - deyə qeyd ediblər.

Partlayış anının bir ulduz olduğunu düşünən cütlük əvvəlcə bir arzu dilədiklərini deyib: “Gördüklərimizin böyük bir ulduz olduğunu düşündük və bir arzu etdik. Bu, həqiqətən də çılğın təcrübə idi”.

Ancaq göy parçalarının yerə düşməyə başladığını gördükdə bunun ulduz olmadığını başa düşüblər. Cütlük daha sonra onlar raket parçalarının düşdüyü yerə gediblər və əlcək taxaraq onları diqqətlə toplayıblar.

“Həyat yoldaşım mənə dedi ki, ehtiyatlı ol, bu təhlükəli ola bilər. Onun tərkibində radiasiya ola bilər”, - deyə Zavet bildirib.

Parçalar hazırda cütlüyün Mayami-Biçdəki evində saxlanılır. Zavet bunun həyatda bir dəfə baş verən bir təcrübə olduğunu söyləyib. “Tapdığımız raket parçalarını evimizdə bəzək əşyası kimi saxlayırıq”, - deyə Zavet əlavə edib.

Cütlük, tapdıqları parçaları "X" sosial media platformasında paylaşdıqları zaman insanların dərhal parçaları almaq istədiklərini bildirib. Lakin onlar səmanın bu xatirələrini hələlik saxlamağa üstünlük verirlər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri