Icma.az
close
up
RU
SpaceX raketinin qalıqları Polşaya düşüb

SpaceX raketinin qalıqları Polşaya düşüb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Çərşənbə günü saat 03:30 radələrində Avropanın şimalındakı səma sürətlə hərəkət edən obyekt tərəfindən işıqlandı.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsveçin Malmö şəhərindən olan işçi Simon Eriksson həmin anları təsvir edərək dedi: "Mən dərhal elmi fantastika filmində qoşunların hücuma keçməsini düşündüm", - deyib. Oxşar nəticələr regiondan Danimarka, İsveç və İngiltərədə də müşahidə olunub.

Mütəxəssislər bu hadisənin "SpaceX"in "Falcon 9" raketinin Yer atmosferinə yenidən daxil olması səbəbindən baş verdiyini izah ediblər.

Yerli vaxtla saat 10:00 radələrində (GMT 09:00) Polşanın Komorniki şəhərindəki anbar sahibi Adam Borucki anbarının arxa hissəsində ölçüsü təxminən 1,5 metrə 1 metr olan yanmış çən tapıb. Dağıntıların anbara məxsus işıqlandırma sisteminə də ziyan vurduğu müəyyən edilib.

Borucki vəziyyəti polisə xəbər verib. Polşa Kosmik Agentliyi (Polsa) ilə apardıqları araşdırmalarda polis qrupları obyektin İlon Maskın "SpaceX" şirkəti tərəfindən istehsal edilən "Falcon 9" raketinə aid olduğunu müəyyən edib.

Polis sözçüsü Anjey Borovyak: "Biz obyektin bura necə düşdüyünü araşdırırıq, amma əsas odur ki, heç kim xəsarət almayıb", - deyib.

Polşa polisi oxşar dağıntıların Viry kəndi yaxınlığındakı meşədə tapıldığını bildirib.

Polsa təsdiqləyib ki, "Falcon 9" raketinin ikinci mərhələsi 19 fevral 2025-ci il saat 04:46 ilə 04:48 arasında Polşa üzərində nəzarətsiz şəkildə atmosferə daxil olub.

"SpaceX"in "Falcon 9" raketi insanları və yükləri kosmosa daşımaq üçün istifadə edilən təkrar istifadə edilə bilən sistem kimi nəzərdə tutulub. Lakin bu dəfə gözlənilməz hadisə baş verdi.

Fevralın 1-də ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılan raketin normal olaraq nəzarətli şəkildə atmosferə yenidən daxil olması və Sakit okeana düşməsi nəzərdə tutulurdu.

Harvard Universitetinin astrofiziki Dr. Conatan Makdauell: "Lakin mühərrik nasazlığı səbəbindən bu mümkün olmadı. Son həftələrdə biz raketin orbitdə olduğunu görürdük və onun atmosferə nəzarətsiz daxil olacağını proqnozlaşdırırdıq. İnsanların səmada yanan obyekt kimi gördükləri budur", - deyə bildirib.

Müəyyən edilib ki, dağıntılar İngiltərə üzərindən saatda 27 min kilometr sürətlə keçib, daha sonra Skandinaviyadan keçərək saatda bir neçə yüz kilometr sürətlə Şərqi Avropaya düşüb.

Raket və peyklərin atmosferə yenidən daxil olması ayda bir neçə dəfə baş verir. Amma adətən bu hissələr yandırılaraq tamamilə məhv olur. Daha böyük parçaların Yerə düşməsi nadir haldır.

Dr. Makdauell, böyük, nəzarətsiz raket tullantılarının təhlükəli ola biləcəyini söyləyib: "İndiyə qədər bəxtimiz gətirdi və heç kim zərər görmədi, lakin orbitə daha çox şey göndərdiyimiz üçün şansımız tükənə bilər", - deyib.

Ekspert "SpaceX"in "Falcon" raketləri ilə bağlı belə hadisələrin narahatlıq doğurduğunu da vurğulayıb: "Bu, son vaxtlar dördüncü dəfədir baş verir və mühərrik nasazlığı kimi xətaların daha çox yayıldığını göstərən əlamətlər var"dedi.

Makdauell həmçinin bildirib ki, böyük dağıntı parçaları Polşada tapılıb, lakin bu parçalar Ukraynanın qərbində də düşmüş ola bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Fevral 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri