Icma.az
close
up
RU
“PAŞA Bank” lizinq və faktorinq sahəsində əməkdaşlıq, inkişaf imkanlarını müzakirə edib

“PAŞA Bank” lizinq və faktorinq sahəsində əməkdaşlıq, inkişaf imkanlarını müzakirə edib

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 29 aprel 2025-ci il tarixində Bakıda “Lizinq və faktorinq: İnkişafın ikitərəfli həlli” adlı konfrans keçirib.  

Konfrans çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin faktorinq və lizinq məhsulları ilə bağlı qarşılaşdıqları çətinliklər, mövcud çağırışların tərəfdaşlara çatdırılması və Bankın “CustomerFirst” yanaşması ilə bağlı vacib məqamlar müzakirə olunub. Eyni zamanda, maliyyələşmənin sürəti və şəffaflığı, sənəd dövriyyəsinin sadəliyi, onlayn platformaların mövcudluğu və həmin platformaların texniki dəstək keyfiyyəti barədə fikir mübadiləsi aparılıb. Həmçinin, tərəflər arasında müqavilə şərtləri, faizlər və limitlərə dair şəffaf yanaşmaların tətbiqi və məsuliyyət və risk bölgüsünün ədalətli şəkildə aparılması da diqqət mərkəzində olub.

PAŞA Bank”ın KOS və KİB rəqəmsal məhsul üzrə aparıcı direktoru Heydər Süleymanov çıxış edərək, Bankın təqdim etdiyi faktorinq xidmətinin biznesin maliyyə əlçatanlığını artırmaq və çevikliyini gücləndirmək baxımından əhəmiyyətini vurğulayıb.

“Faktorinq məhsulumuz, sahibkarlara, girovsuz və maliyyə analizi olmadan dərhal maliyyə axınlarını tənzimləmək imkanı verir. Bu məhsulun əsas üstünlüyü odur ki, sahibkarlar mal və ya xidmət təqdim etdikdən sonra PAŞA Banka təqdim etdikləri qaimələr əsasında gözlənilən ödənişi daha qısa müddətdə əldə edirlər. Bu xüsusiyyət, sahibkarlara likvidlik təmin edir və işlərini daha səmərəli idarə etməyə imkan yaradır,” – deyə, Süleymanov bildirib. 

Bank rəsmisi qeyd edib ki, “PAŞA Bank” sahibkarların qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün müasir texnologiyalardan geniş istifadə edir. “Məsələn, rəqəmsal platformalarımız üzərindən faktorinq əməliyyatlarını daha sürətli, daha şəffaf və daha rahat həyata keçirə bilirik. Bu, müştərilərimizin vaxtına qənaət etməyə və bazardakı dəyişikliklərə daha sürətli uyğunlaşmalarına imkan verir,”-deyə, H.Süleymanov bildirib. 

Qeyd edək ki, tədbirdə Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, “PAŞA Bank”ın rəhbər heyəti, özəl sektorun nümayəndələri, sahibkarlar da daxil olmaqla 100-ə yaxın qonaq iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri