“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığorta ödənişi edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“PAŞA Sığorta” 2026-cı ilin avqust ayında müştərilərinə müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 18 milyon manatdan çox məbləğdə ödənişlər həyata keçirib.
Bu barədə "APA-Economics"ə şirkətdən məlumat verilib.
Şirkət ay ərzində minlərlə avtonəqliyyat hadisəsi üzrə 10.072.958 ₼, yüzlərlə əmlak hadisəsi üzrə 959.525 ₼ məbləğində sığorta ödənişi edib. Qeyd edək ki, ödənişlər həm icbari, həm də könüllü sığorta müqavilələri əhatə edib.
Bununla yanaşı, minlərlə könüllü tibbi sığorta, səyahət sığortası, məsuliyyət sığortası və digər sığorta növləri üzrə 7 milyon manatdan çox ödəniş edilib.
Gözlənilməz hadisə baş verdikdə müştərinin yanında olmaq, zərərin maliyyə yükünün azaldılmasına dəstək göstərmək və ödəniş prosesini həyata keçirmək şirkətin əsas prioritetidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















