“PAŞA Sığorta” KASKO hadisələri üzrə rekord ödənişlərlə fərqlənib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“PAŞA Sığorta” KASKO sığorta hadisələri üzrə növbəti dəfə yüksək ödənişlərlə fərqlənib. Bu günlərdə müştərilərinə ümumilikdə 252.400 ₼ ödəniş həyata keçirib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ödənişlərdən ən yüksək məbləğ yük maşınının aşması nəticəsində yaranan zərərin qarşılanmasına yönəldilib. Hadisə zamanı beton pompası işləyərkən avtomobilin dayandığı ərazidə torpaq çöküb və ağır texnika aşıb. Nəticədə avtomobilin ramasına, beton ötürmə sisteminə və kabinəsinə ciddi ziyan dəyib. Dəymiş zərərə görə 160.000 ₼ sığorta ödənişi edilib.
Digər hadisədə sürücü idarəetməni itirərək avtomobili divara və dəmir arakəsmələrə çırpıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb və müştəriyə 47.400 ₼ (sığorta ödənişi) ödənilib.
Üçüncü hadisə zamanı isə hərəkətdə olan avtomobilin qarşısına başqa nəqliyyat vasitəsi çıxıb. Sürücü idarəetməni itirərək kanala aşıb. Bu hadisə üzrə müştəriyə 45.000 ₼ sığorta ödənişi edilib.
Bu hadisələr avtomobil idarəçiliyində gözlənilməz risklərin ciddi maliyyə itkisi ilə nəticələnə biləcəyini göstərir. KASKO sığortası isə müqavilə şərtləri çərçivəsində belə zərərlərin maliyyə yükünü azaltmağa kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 05 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















