Icma.az
close
up
RU
Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb

Azərbaycan Turizm Bürosu “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına layiq görülüb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Turizm Bürosu (ATB) ölkənin beynəlxalq turizm bazarlarında mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımların davamı olaraq “ITB China 2025” sərgisi çərçivəsində "Trip.com Group"un Şanxay şəhərində keçirilən konfransında “İlin mükəmməl global partnyoru” beynəlxalq mükafatına sahib olub.

Dövlət Turizm Agentliyindən XQ-yə bildirilib ki, Avropa və Yaxın Şərq regionunu təmsil edən 100-dən artıq tərəfdaş arasından seçilən ATB bu mükafata "Trip.com Group" ilə uğurlu əməkdaşlıq və effektiv marketinq təşəbbüslərinə görə layiq görülüb.

Qeyd edək ki, ATB ilə dünyanın aparıcı onlayn səyahət platformalarından biri olan "Trip.com Group" arasında tərəfdaşlıq 2019-cu ildən etibarən davam edir. 2024-cü ildə ATB, "Trip.com Group" və" Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumu bu əməkdaşlığı daha da möhkəmləndirib.

Hazırda tərəflər iki ölkə arasında viza rejiminin ləğvi fonunda mövsümi səyahət dövrləri və Azərbaycanda keçiriləcək əsas tədbirləri nəzərə alaraq yeni rəqəmsal kampaniyanın həyata keçirilməsi istiqamətində işlər aparır.

Azərbaycan Turizm Bürosu, həmçinin bu gündən start götürən və Çinin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən olan “ITB China 2025” beynəlxalq sərgisində milli stendlə çıxış edərək Azərbaycanın turizm imkanlarının tanıdılmasını həyata keçirir.

Milli stend “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Şahdağ” Turizm Mərkəzi də daxil olmaqla, 12 turizm sənayesi nümayəndəsi ilə təmsil olunur.

Sərgidə ziyarətçilərə "Azərbaycan Şərab Evi" ilə əməkdaşlıq çərçivəsində təşkil olunan şərab dequstasiyası təqdim olunur, Azərbaycanın əsrlərlə davam edən şərabçılıq ənənələri ilə tanış olmaq imkanı yaradılIr. Bununla yanaşı, stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri