Paşinyan ABŞ və İran arasında qalıb: Zəngəzur dəhlizi açılarsa...
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” hesab etməsi fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması diqqət çəkib. Paşinyan TRIPP layihəsi çərçivəsində ABŞ-ın hərbi mövcudluğunun istisna olduğunu bildirərək, Ermənistanın İranın maraqlarına zidd addım atmayacağını və Tehranın müəyyən etdiyi “qırmızı xətti” keçməyəcəyini bəyan edib. O, bu məsələ ilə bağlı İranla daimi təmasda olduqlarını da vurğulayıb. Paşinyanın bu açıqlaması Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı planlarına və layihənin gələcəyinə dair yeni suallar doğurub.
Bəs Paşinyan nə demək istəyir? Ermənistan İranın maraqlarını nəzərə alarsa, TRİPP layihəsindən imtina edəcəkmi?
“Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Paşinyanın açıqlamasında diqqət çəkən əsas məqam Ermənistanın TRIPP layihəsini İranın geosiyasi mövqeyinə uyğunlaşdırmaq cəhdidir:
“İran uzun müddətdir Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” adlandırır və bu məsələni regiondakı təsir imkanları ilə əlaqələndirir. Tehran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa kommunikasiyanın qurulmasına qarşı sərt mövqe nümayiş etdirib. Bu yanaşma Azərbaycanın suveren nəqliyyat hüquqlarına münasibətdə siyasi təzyiq xarakteri daşıyır”.
O qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı iki geosiyasi gözlənti arasında qalıb:
“Paşinyanın “İranın "qırmızı xətti"ni keçməyəcəyik” ifadəsi isə kifayət qədər ciddi siyasi mesajdır. Ermənistan baş naziri bir tərəfdən ABŞ-la razılaşdırılmış TRIPP layihəsinin həyata keçirilməsini istəyir, digər tərəfdən İranla münasibətlərdə gərginlik yaratmaqdan yayınmağa çalışır. Əslində, İrəvan iki fərqli geosiyasi gözlənti arasında balans qurmağa çalışır. Lakin burada əsas sual budur: Ermənistan İranın narazılığını nəzərə alaraq Azərbaycanın Naxçıvanla maneəsiz bağlantısının reallaşmasına hansı təminatları verəcək?
Bu açıqlama avtomatik olaraq Paşinyanın Zəngəzur dəhlizini açmayacağı anlamına gəlmir. Ancaq onun istifadə etdiyi siyasi ritorika layihənin icrasında İranın mövqeyinin nəzərə alınacağını göstərir. Ermənistanın öz ərazisindəki kommunikasiyalar üzərində suverenliyini qoruması ilə Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsinin təmin edilməsi arasında hüquqi və siyasi fərq var. Bu iki məsələni bir-birinə qarşı qoymaq düzgün deyil”.
Tural İsmayılov Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayıb:
“Naxçıvanla bağlantı təmin edilməli, regional kommunikasiyalar açılmalı və Azərbaycanın tranzit hüquqları əsassız siyasi maneələrlə məhdudlaşdırılmamalıdır. İranın bu məsələdə özünü regionun nəqliyyat arxitekturasına veto qoymaq hüququna malik tərəf kimi təqdim etməsi qəbul edilə bilməz.
Paşinyan anlamalıdır ki, TRIPP layihəsinin uğuru İranın siyasi həssaslıqlarını təmin etməkdən deyil, Azərbaycanla əldə olunmuş razılaşmaların icrasından və regional kommunikasiyaların real olaraq açılmasından asılıdır. Tehranla münasibətləri qorumaq Ermənistanın seçimidir, lakin bu seçim Azərbaycanın legitim maraqlarının hesabına həyata keçirilməməlidir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:52
Bu xəbər 27 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















