Paşinyan artıq qərarları Moskvanın diqtəsi ilə qəbul etmək niyyətində deyil Fazil Mustafa
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Bütün hallarda Paşinyanın Rusiyaya səfəri bizim maraq dairəmizdədir".
Bunu Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya gözlənilən işgüzar səfərini şərh edərkən bildirdi.
"Çünki orada hansı qərarların qəbul olunması və müəyyən dərəcədə proseslər öz təsirini göstərə bilər, amma bu, bizim üçün o qədər də sürpriz deyil. Çünki Paşinyanın Rusiya ilə münasibətləri arzuolunan səviyyədə deyil. Ona görə də bu məsələlərdə hansı real nəticələrin ortaya çıxacağını proqnozlaşdırmaq çətindir. Amma böyük və təsiredici qərarların qəbul olunacağını düşünmürəm. Çünki Paşinyan artıq qərarları Moskvanın diqtəsi ilə qəbul etmək niyyətində olmadığını göstərib", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















