Icma.az
close
up
RU
Paşinyan arxasına baxa baxa sülhə yön alıb ŞƏRH

Paşinyan arxasına baxa baxa sülhə yön alıb ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Anlaşma baş tutarsa, Ermənistanın Türkiyə ilə də münasibətləri normallaşacaq


"Nəticədə Ermənistan regional inteqrasiyaya cəlb olunmaqla, normal ölkəyə çevriləcək. Baş nazir də Ermənistanı normal ölkə görmək istədiyini, real Ermənistan yaratmaq planını daim vurğulayır”


Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik: "Eyni zamanda bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur". Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, Azərbaycan və Ermənistan sülh mətninin preambulası və 17 maddəsindən 15-i üzrə razılığa gəlib. O qeyd edib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir. “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryan deyib ki, müxalif deputatlar Azərbaycan və Ermənistan sülh müqaviləsinin bəzi detalları ilə tanış olublar. Onun sözlərinə görə, keçən ilin sülh sazişi variantında ermənilərin Qarabağa qaytarılması ilə bağlı bir bənd var idi. Lakin bu məsələ gündəmdən çıxarılıb. Qriqoryan bildirib ki, keçən ilin müqavilə mətni variantında azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı məsələ formulə edilməmişdi: “Lakin nəzərə almaq lazımdır ki, bu müddət ərzində müqavilə layihəsi dəfələrlə redaktə edilib və dəyişdirilib. Bunun bariz nümunəsi keçən ilin variantında olan kommunikasiyaların açılması məsələsidir. Bu məsələ sonradan müqavilədən çıxarılıb və əlavə müzakirəyə saxlanılıb”. Deputatın fikrincə, eyni uğurla müqaviləyə azərbaycanlıların Ermənistana qaytarılması məsələsi də əlavə edilə bilər. Hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanla danışıqların dalana dirənmədiyini deyib. Deputatın sözlərinə görə, danışıqlarda müəyyən çətinliklər olsa da, davam edir:

 "Mübahisə doğuran məqamlar var, onların ətrafında müzakirələr daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz çıxılmaz vəziyyətdən danışmırıq". Erməni deputat bildirib ki, danışıqlara vasitəçilik edən beynəlxalq tərəfdaşlar Azərbaycan və Ermənistanla sülh müqaviləsini son nəticəyə çatdırmaq üçün işləri davam etdirirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh sazişinin mətninin 90 faizinin razılaşdırıldığını bəyan etmişdi. 


Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda gözləmə mövqeyinə keçib. Analitik vurğulayıb ki, erməni tərəfi sərhəddə tunellər və mühəndis istehkam işləri aparır:

"Gürcüstanda etiraz aksiyaları, Qərbin burada hökuməti devirmək planı N.Paşinyanın Azərbaycanla sülh danışıqlarında tərəddüdünə səbəb ola bilər. Avropa İttifaqı, xüsusilə Fransa aktiv şəkildə Prezident S.Zurabişvilinin vasitəsilə Gürcüstanda etiraz aksiyalarını idarə edir. Əgər inqilab olarsa, Qərbyönlü siyasi qüvvələr hakimiyyətə gələrsə, Ermənistan hökuməti sülhdən imtina edə bilər. Ermənistanın silahlanmasını bu kontekstdə dəyərləndirmək olar. Fransa Gürcüstan vasitəsilə Ermənistana tam həcmdə silahlar göndərəcək. Azərbaycana təzyiqlər etmək üçün Paşinyanın müharibəyə sövq edilməsi istisna deyil. Təbii ki, Paşinyan siyasi iradə ortaya qoyarsa, Ermənistanı eskalasiyadan kənar tuta və Azərbaycanla sülh müqaviləsinə gedə bilər. Bu halda qazanan tərəf Ermənistan olar".


Ekspertə görə, Azərbaycanla sülh müqaviləsinin bağlanması Ermənistanın Türkiyə ilə normallaşma prosesinə səbəb olacaq:

 "Nəticədə Ermənistan regional inteqrasiyaya cəlb olunmaqla normal ölkəyə çevriləcək. Baş nazir də Ermənistanı normal ölkə kimi görmək istədiyini, real Ermənistan yaratmaq planını daim vurğulayır. Ermənistan hərbi təxribatlara əl atarsa, bu, İrəvanın ərazilər itirməsinə gətirib çıxarar. Nəzərə alaq ki, Cənubi Qafqazda siyasi-hərbi vəziyyət gərgindir və nüfuz uğrunda mübarizə həlledici mərhələyə keçib. Bölgədə yeganə güc Azərbaycandır. Qərb də rəsmi Bakı ilə hesablaşır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Dekabr 2024 04:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri