Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Paşinyan niyə sülhə tələsir? KONKRET

Paşinyan niyə sülhə tələsir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə, Azərbaycanla sülh sazişinin 2024-cü ilin sonuna qədər imzalanması üçün bütün səylərini göstərəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyan ölkəsinin Azərbaycanla sülh prosesində müsbət irəliləyişlər olduğunu və Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməməsi təklifini gündəmə gətirib. O, bunun sülh prosesinə müsbət təsir göstərəcəyinə ümid etdiyini qeyd edib.

Bəs Paşinyanı sülhə hansı iqtisadi və siyasi səbəblər tələsdirir?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.

Politoloq Elşən Manafov bildirir ki, Paşinyanı tələsdirən bir neçə məqam var: “Onların arasında Cənubi Qafqazdakı geosiyasi vəziyyəti xüsusi qeyd etmək lazımdır. ABŞ-da Bayden administrasiyasının Tramp iqtidarı ilə dəyişməsi artıq faktdır. Bu faktın özü Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin təlaşlanması üçün yetərincə önəmli amildir. İstisna deyil ki, Tramp Cənubi Qafqazla bağlı əvvəlki administrasiyadan fərqli siyasət yürüdəcək və Ermənistana əvvəlki münasibəti bəsləməyəcək. Bu isə Paşinyan iqtidarını düşünməyə vadar edir”.

Politoloq qeyd edir ki, ABŞ-ın Ermənistanla mnüasibətlərinin xarakterinin dəyişə bilməsi ehtimalı və Ermənistan daxilindəki gərgin siyasi mühit Paşinyanı sülhə tələsdirən əsas amillərdir: “Paşinyan özünün islahatçı imicini qorumaq üçün dividentlər qazanmaq istəyir. 2026-cı ildə nəzərdə tutlmuş seçkilərə hazırlaşan Paşinyan iqtidarının seçkilərdə uğur qazanmaq üçün tutarlı arqumentə ehtiyacı olacaq ki, bunlardan birini də Azərbaycanla sülhün əldə olunması təşkil edə bilər”.

“Azərbaycanla münasibətlərin normallaşması üçün sülh sazişi üzrə şərtlərin tam yerinə yetirilməsi zəruridir. Eyni zamanda Azərbaycan-Rusiya münasibətlərindəki müsbət dinamika, bundan fərqli olaraq Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyin yüksəldilməsi istiqamətində götürülümüş məlum xətt də təbii ki, Paşinyan iqtidarının xeyrinə deyil. Paşinyan anlayır ki, bu amil Azərbaycanla ehtimal edilən növbəti qarşıdurmada onun əleyhinə olacaq. Ona görə də, Ermənistan baş naziri hər ehtimala qarşı Rusiya ilə münasibətlərin müsbət məcraya yönəlməsi üçün addımlar atacaq. Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin koorparativ maraqlarından irəli gəlir”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Ermənistanda Paşinyanın mövqeyi getdikcə zəifləyir: “Ermənistanın elə problemləri var ki, onlar ümummilli əhəmiyyət daşıyır. Onların həlli ilə bağlı hər hansı yekun nəticənin olmaması Paşinyan iqtidarını narahat edir, ona görə sülhə tələsirlər. Sülh danışıqları ilə bağlı müəyyənliyin olması Ermənistan üçün vacibdir. Paşinyan Ermənistanın gələcəyini birdəfəlik təminat altına almaq istəyir. Çünki Azərbaycanla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına müsbət təsir göstərə bilər”.

“Ermənistanın iqtisadi vəziyyətinin ağırlaşması onun üçün bərpası olmayan problemlərlə nəticələnəcək. Kommunikasiyaların açılması isə inteqrasiya və bölgənin inkişafı üçün faydalı olacaq. Bu baxımdan Paşinyanın bəyanatlarına iqtisadi və siyasi əsaslı yanaşmaların təsiri görünməkdədir. Paşinyan Ermənistan cəmiyyətində gələcəyə hansı bir ümid yaratmaq istəyir”, – millət vəkili qeyd edib.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri