Paşinyan: Xalq sülhə sahib çıxdı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində xalqın səsvermə yolu ilə dövlətə, müstəqilliyə, gələcəyə və sülhə sahib çıxdığını bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Paşinyan 2025-ci il büdcəsi ilə bağlı parlamentdə keçirilən iclas zamanı seçki nəticələrini dəyərləndirib.
Seçkilərin nəticələri münasibətilə Ermənistan xalqını təbrik edən baş nazir bildirib ki, vətəndaşlar səsvermə ilə ölkənin gələcəyinə dair mövqelərini açıq şəkildə nümayiş etdiriblər.
"Ermənistan xalqı səsi ilə dövlətə, müstəqilliyə, gələcəyə və sülhə sahib çıxdı. Müharibənin üçlü partiyası ağır məğlubiyyətə uğrayıb”, – deyə Paşinyan vurğulayıb.
O həmçinin "müharibə tərəfdarları” adlandırdığı siyasi qüvvələr və onlarla əlaqəli oliqarxik sistemin ölkədən uzaqlaşdırılması istiqamətində qəti addımlar atılacağını bildirib.
Paşinyan rəhbərlik etdiyi Sivil Müqavilə Partiyasının parlamentdə çoxluğu təmin etdiyini və hökuməti formalaşdıracağını qeyd edib.
Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərində Sivil Müqavilə Partiyasının 105 mandatdan 61-ni qazanaraq təkbaşına çoxluq əldə etdiyi açıqlanıb.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 08 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















