Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

PAŞİNYAN DA ONLARDANMIŞ... Sabiq nazir ifşa etdi

PAŞİNYAN DA ONLARDANMIŞ... Sabiq nazir ifşa etdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Tofiq Zülfüqarov: “ Paşinyanın 'sülh' ritorikası revanşizmi gizlətmək üçündür”

“Moskva ilə "küsülülük" ikitərəfli ticarət dövriyyəsini maskalamaq üçün səhnələşdirilir”

Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Ermənistandakı son siyasi prosesləri, Baş nazir Nikol Paşinyanın təzədən alovlandırdığı ritorikanı və İrəvanın əsl niyyətlərini təhlil edib. Sabiq diplomat Cənubi Qafqazda sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistan rəhbərliyinin atdığı addımların arxasında gizlənən təhlükəli revanşizm meyllərinə diqqət çəkib.

Tofiq Zülfüqarov bildirir ki, Azərbaycanda mütləq əksəriyyətin Ermənistanda revanşizmin yeniden baş qaldırdığını düşünməsi əsassız deyil.

Sabiq nazirin sözlərinə görə, Paşinyanın sülhpərvər çıxışları sadəcə pərdələnmə xarakteri daşıyır: "İrəvanda keçirilən hərbi parad onların real müdafiə doktrinasının göstəricisidir. Bu doktrina kimə qarşı yönəlib? Rusiyaya, İrana, Gürcüstana, yoxsa Türkiyəyə? Əlbəttə ki, xeyr! Onlar bir tərəfdən sülh və sərhədlərin müəyyənləşməsi danışıqlarını aparır, digər tərəfdən isə müdafiə sistemlərini birbaşa Azərbaycana qarşı qururlar".

Diplomat vurğulayır ki, Ermənistanda Qafqaz Albaniyası irsi ətrafında yenidən başladılan mübahisələr təsadüfi deyil. Bu, tarix araşdırması deyil, "miatsum" ideologiyasını canlı saxlamaq üçün atılan ideoloji addımdır. Bununla yanaşı, İrəvanın Göyçə gölünün şərq sahili zolağını əlində saxlamaq cəhdləri də xüsusi strateji məqsəd daşıyır. Əsas hədəf Azərbaycanı və onun iqtisadiyyatını Cənubi Qafqazın en böyük şirin su hövzəsinə çıxışdan məhrum etməkdir.

Ermənistanın Meğri hissəsindəki Azərbaycanın dəmir yolu mülkiyyətini geri qaytarmaqdan imtina etməsinə toxunan Zülfüqarov bildirir ki, məqsəd Naxçıvanı blokadada saxlamaqdır: "Meğri dəmir yolu sahəsinin qaytarılmaması Naxçıvanı gələcəkdə hər növ iddialar qarşısında müdafiəsiz saxlamaq məqsədi güdür. Eyni zamanda bu, Ermənistanı xarici qüvvələrin əlində “Turan layihəsi”ni sabotaj etmək üçün mühüm alətə çevirir”.

Sabiq xarici işlər naziri Ermənistanın Moskva ilə sərgilədiyi nümayişkaranə gərginliyə də toxunub. O qeyd edib ki, bu "küsülülük" ikitərəfli ticarət dövriyyəsini maskalamaq üçün səhnələşdirilir. Məlumatlara görə, Rusiya və Ermənistan arasındakı illik ticarət dövriyyəsi Ermənistan ÜDM-nin təxminən 40-50%-nə bərabərdir. Moskva ilə gərginlik şousu isə sanksiyalardan yayınan ticarət dövriyyəsini Qərbin gözündən gizlətməyə xidmət edir.

Tofiq Zülfüqarov Baş nazir Paşinyanın daxili və xarici siyasətdəki manevrlərini də kəskin tənqid edib: “Paşinyanın referendum keçirmək üçün lazımi səsləri toplamaması və ya bilərəkdən prosesi ləngitməsi sülh sazişinin imzalanmasına imkan verəcək konstitusiya dəyişikliyindən qaçmaq taktiki gedişidir. Paşinyanın Zəngəzurda "Andranikin sevimli dağlarına" dırmaşması, Göyçə gölündə üzməsi və taxdığı saxta nişanlar nümayişkaranə xarakter taşıyır. O yaxşı bilir ki, Azərbaycan, Rusiya və Makronun delimitasiya üçün yalnız SSRİ Baş Qərargahının 1975-ci il xəritələrini əsas götürmək təklifini rədd edib. Paşinyan sülh sazişində ərazi bütövlüyünün tanınmasının güya yalnız 1975-ci il xəritələri ilə çərçivələndiyi feykini yayır, eyni zamanda müxalifətin Qarabağdakı "mədəni irs" haraylarını pərdə arxasından qızışdırır. Azərbaycanın Ermənistana yanacaq tədarükü jestinə qarşılıq olaraq, Paşinyan ABŞ-nin “907-ci düzəlişi”nin ləğvi üçün heç bir addım atmır”.

Tofiq Zülfüqarov vurğulayır ki, bütün bu faktlar Ermənistan rəhbərliyinin sülh prosesini uzatmaq, Cənubi Qafqazda yeni gərginlik ocaqları saxlamaq və revanşizm ideyalarını pərdəarxası yaşatmaq niyyətində olduğunu açıq şəkildə sübut edir.

Belə görünür ki, Paşinyan da Ermənistanın sabiq rəhbərləri, uşaq qatilləri Robert Köçəryan və Serj Sarkisyanın tayı imiş...

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri