Paşinyan deputatı partiyadan qovdu FOTO
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın hakim "Mülki müqavilə" Partiyası deputat Ovik Ağazaryanı sıralarından xaric edib.
Milli.Az xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib.
Ermənistanın hakim Mülki Müqavilə Partiyasının İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatların sızması, habelə ictimai əxlaq normalarının kobud şəkildə pozulması ilə əlaqədar partiyadan kənarlaşdırılıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deputat Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək, mandatından imtinasına ümid etdiyini deyib. O, digər deputat Narek Zeynalyana da oxşar məsləhətlər verib. Paşinyan xatırladıb ki, hər iki parlamentari İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kyaramyanla bağlı qalmaqalda iştirak ediblər.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















