Icma.az
close
up
RU
Paşinyan ərazilər qaytarılacaq dedi, amma sülh sazişindəki bu iki söz... Zülfüqarov

Paşinyan ərazilər qaytarılacaq dedi, amma sülh sazişindəki bu iki söz... Zülfüqarov

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşdığı iddia olunur. Bu barədə Ermənistanın “Respublika Meydanı” Teleqram kanalı məlumat yayıb.

Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib:

“Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.

Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlandıqdan sonra bu 4 anklav kəndin taleyi necə olacaq? Sülh sazişində bu məsələlərdən bəhs edilirmi?

Globalinfo.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Ermənistan–Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi üzrə işlər davam edir:

“Proses davam edir və müvafiq məsləhətləşmələr, görüşlər keçirilir. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb. Komissiyaya Baş nazirin müavini Şahin Mustafayev sədrlik edir.

Danışıqlar çərçivəsində, təbii ki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərinin taleyi müəyyən olunacaq. Ermənistan Baş nazirinin bu açıqlaması da qarşı tərəfin mövqeyini əks etdirir. Ermənistan tərəfi ümumiyyətlə 1975-ci il xəritələri əsasında prosesin aparılmasını təklif edirdi. Azərbaycan isə bu xəritələrlə yanaşı, digər illərin xəritələrini də gündəmdə saxlayır.

Həmçinin oxuyun:

Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu

Bununla belə, bu məsələ Dövlət Komissiyasının əsasnaməsində öz əksini tapıb. Danışıqlar davam edir. Bu, xüsusi olaraq qeyd edilməli məsələdir. Əminəm ki, Azərbaycan tərəfi özünə aid torpaqların qaytarılmasını tələb edib”.

T.Zülfüqarov əlavə edib ki, Vaşinqtonda imzalanan, paraflanmış sülh sənədi hazırda geniş müzakirə olunur, amma şərh edənlərin həmin mətni tam düzgün başa düşmədiyi hiss olunur:

“Orada sərhədlərə aid iki söz var: “…olan sərhədlər”. Yəni hansı ilin sərhədləri olduğu açıq şəkildə bildirilməyib. Bu məsələ müəyyənləşdirilməlidir. Bəllidir ki, 1991-ci ildə Ermənistanla Azərbaycan arasında sərhəd demək olar ki, mövcud deyildi. Digər tərəfdən, həmin illərdə Ermənistan rəsmi şəkildə bildirmişdi ki, Qarabağ ona məxsusdur və bununla da sərhədi pozmuş oldu.

Ona görə delimitasiya və demarkasiya prosesi çərçivəsində bütün bu məsələlər müzakirə edilməlidir. Çünki hələlik sərhədlərin delimitasiya və demarkasiyasının hansı sənədlərlə müəyyən ediləcəyi bilinmir. Bu barədə konkret razılıq yoxdur. Hətta Ermənistan özü belə 1991-ci il sərhədlərindən danışmır.

Danışıqlar hələ bitməyib. Bu mövzu çərçivə sazişinə aid deyil. Sənəddə qeyd edilir ki, gələcəkdə razılaşdırılmış sənəd tanınacaq. Deməli, hələ razılaşdırılmalı olan məsələlər var”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri