Paşinyan: Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsi prosesi geri dönülməzdir
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi prosesi geri dönülməzdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.
"Təəssüf ki, təcrübə göstərir ki, bəzən cərrahi tədbirlər də lazımdır", - o qeyd edib.
N.Paşinyanın sözlərinə görə, bu proses iki mümkün ssenaridən biri ilə gedəcək: birincisi - "Elektrik Şəbəkələri" milliləşdiriləcək və etibarlı özəl idarəetməyə veriləcək, tam olaraq dövlət mülkiyyətində qalacaq. İkincisi - şirkətin nəzarət səhm paketi nüfuzlu beynəlxalq menecerə veriləcək, lakin Ermənistan mühüm infrastrukturda strateji iştirakı üçün lazım olan qədər səhm saxlayacaq.
"Ölkə rəhbərliyi birinci ssenarinin xərclərinin həddindən artıq yüksək olduğunu görərsə, ikinci yolla addımlayacaq", - baş nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















