Icma.az
close
up
RU
Paşinyan: “Ermənistan KTMT yə qayıtmaq niyyətində deyil”

Paşinyan: “Ermənistan KTMT yə qayıtmaq niyyətində deyil”

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Ermənistan KTMT-dəki üzvlüyü dondurulub və onun fəaliyyətini bərpa etmək üçün heç bir addım atılmayacaq”

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) aktiv fəaliyyəti bərpa etmək üçün addımlar atmayacaq. AYNA.AZ “Armenpress”ə istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki platformasına daxil olan çoxtərəfli formatlarda əməkdaşlıq haqqında müddəaları təqdim edərkən deyib.

"Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-dəki üzvlüyü dondurulub və onun fəaliyyətini bərpa etmək üçün heç bir addım atılmayacaq. Bu, bizim seçki platformamızda da qeyd olunub", - deyə Paşinyan bildirib.

Ermənistanın digər çoxtərəfli formatlarda iştirakından danışan Paşinyan qeyd edib ki, “Ermənistanın çoxtərəfli formatlarda iştirakı balanslı və ədalətli xarici siyasətin effektivliyini artırmaq üçün vacibdir”.

"Ermənistan Respublikası BMT-nin və onun ixtisaslaşmış qurumlarının, Avropa Şurasının, ATƏT-in, MDB-nin, Beynəlxalq Frankofoniya Təşkilatının və Avropa Siyasi Birliyinin fəal üzvü olmağa davam edəcək. Ermənistan Respublikası həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının üzvü olub və bu formatda işini davam etdirəcək", - deyə Baş nazir vurğulayıb.

O xatırladıb ki, 2026-cı ilin oktyabr ayından etibarən Ermənistan Respublikası BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransına (COP-17) sədrlik edəcək və təxminən iki il ərzində ətraf mühitin qorunmasına yönəlmiş qlobal qərarların qəbul edilməsində mərkəzi rol oynayacaq: “Bu, Ermənistana həm ətraf mühit, həm də beynəlxalq səviyyədə özünü daha yaxşı mövqe tutmaq üçün əhəmiyyətli imkanlar yaradacaq. Biz həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlükdə maraqlıyıq. Balanslı və ədalətli xarici siyasət kontekstində Ermənistan digər çoxtərəfli formatlarda iştirakını və ya əməkdaşlığını nəzərdən keçirəcək".

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevral ayında KTMT-dəki iştirakını dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Aprel 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri