Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməyə hazırdır
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Ermənistan Rusiya ilə münasibətlərin pisləşməsini istəmir.
"Yeni Sabah" xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bildirib.
"Məqsədlərimiz Rusiya ilə münasibətləri kəsmək və ya pisləşdirmək olmayıb, olmayıb və olmayacaq da. Əksinə, Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik", - deyə Paşinyan Ermənistan baş nazirinin sosial mediasında yayımlanan videoda bildirilib. Toyuqlu pizza
O qeyd edib: "Hər şeydən asılı olmayaraq, Rusiya ilə münasibətlər əvvəlki kimi qala bilməz. Dəyişən odur ki, keçmişdə Azərbaycanla münaqişə var idi və indi sülh var".
Paşinyan bildirib ki, Ermənistanın məqsədlərindən biri Avropa Birliyinə üzvlükdür.
“Niyə “məqsədlərdən biri” və ya “variantlardan biri” deyirəm? Çünki Aİ hələ genişlənmə siyasəti barədə qərar verməyib. Bir ölkənin Aİ üzvü olmaq istəyi bu məsələni həll etmək üçün kifayət deyil. Strateji məqsədimiz Ermənistan üçün alternativlər yaratmaqdır. Ermənistanın xarici seçimlərinin az olduğu bir şəraitdə yaşayırdıq. Alternativlər yaratmaqda məqsəd Ermənistan xalqının ölkənin Aİİ-də qalıb-qalmayacağına, Aİ üzvü olacağına və ya hər iki təşkilatın üzvü olmayacağına qərar verməsidir. Hər halda, Ermənistanı Aİ standartlarına uyğun olaraq islah edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















