Paşinyan: Ermənistanın Aİ yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun 2026-cı ildə keçirilməsi real deyil.
APA xəbər verir ki, bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan “RFI”-yə müsahibəsində deyib.
Paşinyanın sözlərinə görə, referendumun keçirilməsi üçün ən azı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməsi zəruridir. O qeyd edib ki, ölkə hələ belə bir müraciət təqdim etməyib.
Baş nazir vurğulayıb ki, Aİ-yə üzvlük üçün müraciət etmək Ermənistanın özü üçün məqsəd deyil.
“Əgər indi məndən Ermənistan Respublikasının bu gün Avropa İttifaqının üzvü olmağa hazır olub-olmadığını soruşsanız, səmimi cavabım “xeyr” olar. Bu meyarlara uyğunlaşmaq üçün hələ çoxlu islahatlar həyata keçirməliyik”, – Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Oktyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















