Paşinyan Ermənistanın keçmiş prezidentlərini debata çağırdı
Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debat keçirməyə dəvət edib.
AzNews.az “Armenpress”-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan “Facebook” səhifəsində yazıb.
“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə mənim Dağlıq Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm və hesab edirəm ki, onlar da gizlənməsəydilər, düzgün olardı.
Keçmiş prezidentlərlə canlı debatlar formatında sözlərimi əsaslandırmağa hazıram. Bu gün daxil olmağıma etiraz edən prezidentlərin reaksiyasını gözləyirəm”, - Paşinyan yazıb.
Bundan əvvəl baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların lap əvvəlindən Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından danışdıqlarını yazıb. Bundan sonra Ermənistanın keçmiş prezidentlərinin müxtəlif şərikləri baş naziri tənqid edərək, onun bəyanatını təkzib ediblər.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Dekabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















