Paşinyan Ermənistanın keçmiş Prezidentlərini xarici ölkələrə casusluqda ittiham edib
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin üç keçmiş Prezidentinin Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın Qarabağ münaqişəsi ilə bağlı təsvir etdikləri möhtəşəm həll yollarını niyə həyata keçirməməsi sualını gündəmə gətirib. O, bununla bağlı öz variantlarını təqdim edib.
Missiya.Az xəbər verir ki, Baş nazir bu barədə özünün “Facebook” sosial media hesabında video yayıb.
"Bəs onda niyə Ermənistanın hər üç keçmiş lideri Qarabağ məsələsinin təsvir etdikləri möhtəşəm həll yollarını həyata keçirmədilər? Bunun iki variantı ola bilər: Birincisi odur ki, onlar cinayətkar hərəkətsizlik nümayiş etdirərək, bəlkə də Ermənistanın deyil, xarici ölkələrin maraqlarına xidmət etdilər, bizi Qarabağ məsələsinin möhtəşəm həllindən və ya həlli yollarından məhrum etdilər. İkinci variant isə odur ki, onlar təsvir etdiyi o möhtəşəm həll yolları sadəcə olaraq arzuya əsaslanan siyasi hiylədir və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb”, - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:62
Bu xəbər 13 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















