Icma.az
close
up
RU
Paşinyan gizli sənədləri açır, Kreml əndişəlidir: İrəvan sirləri ifşa edərsə, Rusiya “Ukrayna ssenarisi” ilə reaksiya verəcək

Paşinyan gizli sənədləri açır, Kreml əndişəlidir: İrəvan sirləri ifşa edərsə, Rusiya “Ukrayna ssenarisi” ilə reaksiya verəcək

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasətini Rusiyanın “qırmızı xətti” hesab edən Kreml Ermənistanda Ukrayna ssenarisini təkrarlayan planı işə salmaq üçün propoqandaya başlamış kimi görünür... Cənubi Qafqazda yeni münaqişə yaratmağa ehtiyac duyan Rusiya üçün Ermənistan hələ də hərbi-siyasi xaos potensialı yüksək olan böhran məkanı sayılır, regionda amansız geopolitik qarşıdurma gözlənilir...

Son vaxtlar Cənubi Qafqaz uğrunda qarşıdurma məhz Ermənistan üzərində indeksləşib. Çünki Kremlin bu regionda Rusiya üçün geopolitik hədəflər qura biləcəyi yeganə ölkə Ermənistan hesab olunur. Ona görə də, Kreml artıq bütün diqqətini məhz Rusiyanın Ermənistan üzərində təsir mexanizmlərinin qorunmasına yönəldib. Və Rusiyanın bu istiqamətdə qurduğu geopolitik ssenarilərin Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə bağlı ölkədaxili siyasi proseslərə birbaşa təsir göstərəcəyi qətiyyən şübhə doğurmur.   

Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistan cəmiyyəti ciddi şəkildə parçalanma mərhələsindən keçməkdədir. Rusiyanın Ermənistandakı “agentura şəbəkəsi” Paşinyan hakimiyyətini açıq hədəfə alaraq, ölkədə çevriliş ssenarilərinin reallaşdırılması üçün uyğun situasiyanın yaradılmasına cəhd göstərir. Paşinyan hakimiyyəti isə hələ də Ermənistanın Rusiyadan uzaqlaşdırılaraq, Qərbə yaxınlaşdırılması siyasi kursunu davam etdirir. Və bu məqsədə çatmaq üçün isə növbəti parlament seçkiləri ərəfəsində “erməni üçlüyü”nü – erməni kilsəsini, oliqarxiyanı, eləcə də, radikal-revanşist siyasi düşərgəni ifşa edərək, sıradan çıxartmağa çalışır.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyanın son vaxtlar ard-arda səsləndirdiyi “Ermənistan sülhün nə olduğunu bilmir”, “Qarabağın müstəqilliyi saxta idi”, “Bizdən Qarabağa görə Ermənistanın suverenliyini tələb edirdilər”, “Qarabağ məsələsi Ermənistanı tələyə salmaq üçün istifadə olunub” kimi sərt fikirlər faktiki olaraq, son 30 illik sülh danışıqları prosesində Ermənistanın ənənəvi ideoloji mövqeyini alt-üst edən açıq siyasi etiraflardır. Bu bəyanatlar yalnız ölkədaxili auditoriyaya hesablanmış populist çıxışlar deyil, həm də Rusiya ilə münasibətlərin artıq dönüş nöqtəsini keçdiyini göstərən ciddi siyasi mesajlardır. Və bu mesajların Rusiyanın Ermənistandakı “agentura şəbəkəsi”nin ölkədaxili siyasi maraqları ilə yanaşı, Rusiyanın da regional geopolitik planlarını böyük risk altında buraxa biləcəyi qətiyyən istisna deyil.

Eyni zamanda, parlamentin spikeri Alen Simonyanın “Ermənistan hələ də 110 kv.km Azərbaycan ərazisini nəzarətdə saxlayır” etirafı da qətiyyən təsadüfi deyil. Belə ki, bu, rəsmi İrəvanın Cənubi Qafqazda yeni güc balansına uyğun siyasət yürütmək cəhdini göstərsə də, Kreml tərəfindən Paşinyan hakimiyyətinin “Qərbə tam yaxınlaşma xətti”nin açıq ifadəsi kimi qiymətləndirilir. Çünki Paşinyan hakimiyyətinin “Rusiyanın Qarabağ vasitəsilə Ermənistanı tələyə salması” barədə iddiası Kreml üçün olduqca təhlükəli məqam sayılır. Baş nazir Nikol Paşinyanın hər imkanda Rusiyanı dolayı yolla da olsa, ittiham etməsi Kremlin Ermənistan üzərindəki nəzarətinin artıq ciddi şəkildə sarsılmaqda olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, erməni baş nazir Qarabağ məsələsinin Rusiya üçün Ermənistanı asılı vəziyyətdə saxlamaq mexanizmi olduğunu, Kremlin Ermənistanın suverenliyini məhdudlaşdırmaq üçün “Qarabağ kartı”ndan istifadə etdiyini, keçmiş prezidentlər və hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sarkisyanın Rusiyanın Ermənistanda təsir agentləri kimi fəaliyyət göstərdiklərini xüsusi olaraq, vurğulayır. Bu arqumentlər Kreml üçün Ermənistanın daxilində Rusiyaya qarşı yeni “siyasi müharibə”nin başlanması deməkdir. Çünki Kremlin regiondakı əsas dayaqları məhz Ermənistanın əvvəlki rəhbərləri, xüsusilə də, Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi Qarabağ klanıdır.

Təbii ki, bu səbəbdən baş nazir Nikol Paşinyanın “sülh danışıqlarının sənədlərini açıqlayacağına” dair bəyanatı Rusiya üçün ikiqat təhlükəli hesab olunur. Çünki rəsmi İrəvanın keçmiş prezidentlər üzərindən Rusiyanın “Qarabağ planı”nı ifşa edəcəyi təqdirdə, Kreml bunu Qərbin “informasiya əməliyyatı” kimi göstərmək məcburiyyətində qala bilər. Ermənistan cəmiyyətində Rusiya əleyhinə xəttin güclənməsi isə Kreml üçün bu ölkədə hakimiyyətin dəyişdirilməsindən başqa yolun qalmadığı anlamına gələcək.

Maraqlıdır ki, bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyan növbəti parlament seçkiləri ərəfəsində Rusiyanı və Kremlin Ermənistanda hakimiyyəti dəyişməyi hədəfləyən “agentura şəbəkəsi”ni çətin vəziyyətə salacaq gizli məlumatları açıqlaya bilər. Eyni zamanda, həmin gizli məlumatların sırasında Kremlin Ermənistanı Qarabağ üzərindən necə şantaj etməsi, Köçəryan-Sarkisyan klanının Rusiyanın hərbi-siyasi dairələri ilə koordinasiyalı fəaliyyətləri, Kremlin nəzarəti altında Qarabağ problemi mövcud olduqca, Ermənistanın “heç vaxt real müstəqillik perspektivi olmaması” barədə faktların yer alacağı gözlənilir. Və bu barədə gizli sənədlər açıqlanarsa, Kremlin Ermənistandakı təsir mexanizmlərinin ciddi şəkildə zəiflədilə biləcəyi ehtimal olunur.

Əslində, Paşinyan hakimiyyətinin gizli sənədləri açıqlamaq niyyəti Ermənistan üçün olduqca ciddi təhlükələr də vəd edir. Belə ki, Kreml buna Ermənistanı “yeni böhran ocağına” çevirmək ssenarisi ilə reaksiya verə bilər. Çünki Rusiya məhz Qarabağ probleminin həllindən sonra Cənubi Qafqazda geopolitik mövqelərini sürətlə itirməyə başlayıb. Azərbaycanla münasibətlərdə balans Ankara-Bakı tandeminin xeyrinə dəyişib, Kremlin regiondakı əsas dayağı olan Ermənistan isə Rusiyanın nəzarətindən çıxmağa çox yaxındır.

Belə vəziyyət isə Rusiya klassik taktikasına üstünlük verə bilər. Belə ki, ilk növbədə Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı ssenarilərin işə salınacağı qətiyyən istisna deyil. Üstəlik, son vaxtlar erməni kilsəsi ətrafında gərginliyin artırılması, Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyalarının intensivləşməsi və polis-etirazçılar apasında toqquşmaların törədilməsi Kremlin indi hazırlıq mərhələsində olduğunu göstərir. Və yaxın vaxtlarda Ermənistanda ölkədaxili sosial-siyasi xaosun yaradılacağı təqdirdə, Rusiyanın Paşinyan hakimiyyətini devirmək üçün həlledici mərhələyə start verdiyi artıq qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasətini Rusiyanın “qırmızı xətti” hesab edən Kreml Ermənistanda Ukrayna ssenarisini təkrarlayan planı işə salmaq üçün propoqandaya başlamış kimi görünür. Cənubi Qafqazda yeni münaqişə yaratmağa ehtiyac duyan Rusiya üçün Ermənistan hələ də hərbi-siyasi xaos potensialı yüksək olan böhran məkanı sayılır. Və bu baxımdan, Cənubi Qafqazda 2026-cı ildə geopolitik qarşıdurmanın yeni regional gərginlik vəziyyətinə yol aça biləcəyi qətiyyən istisna deyil.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Noyabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see200

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see198

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see174

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see157

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see152

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see147

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see141

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see139

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see132

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see129

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see127

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see125

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

17 Noyabr 2025 01:01see123

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see123

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see123

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see122

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see121

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri