Icma.az
close
up
RU
Moskvanın İrəvan planı Kreml kimi seçir: Köçəryan, yoxsa Paşinyan?

Moskvanın İrəvan planı Kreml kimi seçir: Köçəryan, yoxsa Paşinyan?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın 2-ci prezidenti Robert Köçəryan Moskvada qısamüddətli səfərdə olub. Dünən gecə İrəvana qayıdan Köçəryan Kremldə “qulağına” deyilənlər barədə hələ ki komandasına məlumat verməyib.

İddialara görə, budəfəki mövzu baş nazir Nikol Paşinyanın impiçment məsələsi olub və yaxın günlərdə müxalifətin bəzi addımlar atacağı istisna edilmir.

Qeyd edilir ki, Moskvada Köçəryanla bu məsələ, həmçinin növbəti baş nazirin kim olması üçün namizədlərin adları müzakirə olunub. Məlumata görə, görüş və müzakirə birbaşa Kiriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub.

“Paşinyanın yerində Köçəryanın oturması üçün inqilab və ya çevriliş lazımdır”

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanı Robert Köçəryanla əvəz etmək barədə düşünəcəyinə inanmadığını bildirib:

“Robert Köçəryan həmişə Rusiyaya arxalanıb. Onun istinad nöqtəsi hər zaman Kreml olub. Elə son açıqlamalarında da deyir ki, Paşinyan gərək Rusiyayla ittifaqı bərpa etsin, Moskvadan uzaqlaşmaq yanlış yoldur. Mən düşünmürəm ki, Kremlin sahibi Vladimir Putin Köçəryanla dostluğuna rəğmən Paşinyanı onunla əvəz etmək barədə düşünsün. Çünki Köçəryanın Ermənistan cəmiyyəti arasında reytinqi, nüfuzu yoxdur. Köçəryanı Painyanın yerində otuzdurmaq üçün ya inqilab, ya da çevriliş etməlisən. Seçki yolu ilə Köçəryanın hakimiyyətə gəlmə şansı çox aşağıdır. Bunu Rusiya da anlayır. Əksinə, Rusiya son vaxtlar Paşinyanla yaxınlaşmağa çalışır ki, onu Qərbdən uzaqlaşdırsın. Paşinyanın 9 may paradında iştirak etməsi bunun əlamətidir. Lavrov elə buna görə bu günlərdə Ermənistana səfər etmişdi. Paşinyan çox deyirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilərik. Amma o bu riskli addımı atmaqdan çəkinir”.

“Moskva Paşinyanla yola davam etmək istəyir”

Politoloq vurğulayıb ki, Rusiya müxalifətin güclü olduğunu hiss etdikdə Paşinyanı dəyişmək barədə qərar verəcək:

“Əlbəttə, Paşinyanın reytinqinin düşməsi ilə bağlı məlumatlar gəlir. Amma müxalifət də zəifdir. Müxalifətin də gücü yoxdur. Güclü bir müxalif lider ortaya çıxsaydı, Moskva onunla birbaşa təmasa keçib, ona dəstəyini artırardı. Amma indi elə bir fiqur olmadığına görə, hələ ki Moskva Paşinyanla yola davam etmək istəyir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri