Icma.az
close
up
RU
Paşinyan hakimiyyətdən gedir: İrəvanda gözlənilməz olaylara HAZIRLIQ

Paşinyan hakimiyyətdən gedir: İrəvanda gözlənilməz olaylara HAZIRLIQ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda respondentlərin əksəriyyəti hesab edir ki, növbədənkənar parlament seçkiləri keçirilməlidir. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Gallup İnternational Association” beynəlxalq sosioloji sorğu mərkəzinin Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyanın yaydığı hesabatda belə qeyd edilir. Fevralın 27-dən martın 6-dək 1100 nəfər arasında aparılan sorğu zamanı rəyi soruşulanların 44 faizi bu fikri mütləq dəstəklədiyini, 16,4 faizi seçkilərə böyük ehtimalla ehtiyac olduğunu bildirib. 

Sorğuda iştirak edənlərin 10,3 faizi seçkilərin “kifayət qədər lazımsız” olduğunu, 23,5 faizi isə “tamamilə lazımsız” olduğu cavabını verib. Navasardyanın sözlərinə görə, sonuncu-23,5 faizlik kateqoriyaya hökumətin siyasəti ilə razılaşan və dəyişiklikləri istəməyənlər daxil ola bilməz. “Mən hesab edirəm ki, buradakılar indiki hakimiyyətə və ya səs verə biləcəyi siyasi qüvvəyə alternativ görməyən insanlardır”, - o əlavə edib. Eyni zamanda, sorğuda iştirak edənlər arasında narazıların faizi böyükdür- 46,5 faiz. Baş nazirin işini yalnız 9 faiz tam bəyənir. 

Onun fəaliyyətini mənfidən bir az müsbət hesab edənlər 15,5 faiz təşkil edir. Respondentlərin 19,1 faizi isə Paşinyanın fəaliyyətini olduqca mənfi qiymətləndirir. Qeyd edilən rəy sorğusu 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinin Nikol Paşinyan üçün asan keçməyəcəyini göstərir. 2024-cü ilin yayında keçirilən rəy sorğusunun nəticələrinə görə, Paşinyanın fəaliyyətini tam bəyənənlərin ümumi sayı 14,1 faiz təşkil edirdisə, hazırda bu göstərici 5 faiz də azalıb. 

Əgər ötən il Paşinyanın işini olduqca mənfi qiymətləndirənlərin sayı 16,1 faiz idisə, bu rəqəmin 3 faiz artdığını görürük. 2024-cü ildə 41,5 faiz Ermənistan vətəndaşı növbədənkənar seçkilərin keçirilməsini tərəfdarı idisə, hazırda bu mövqedən çıxış edənlərin sayı 46,5 faizdir. Bu göstəricilər Ermənistanda hakimiyyət dəyişikliyinin ictimai tələbata çevrilməsi kimi qiymətləndirilə bilər. Paşinyana isə parlamentdəki mandatların üçdə ikisini qazanmaq və birpartiyalı hökumət formalaşdırmaq üçün ən azı 52 faiz səs lazımdır. 

Hazırkı reytinq göstəriciləri ilə buna nail olmaq Ermənistanın Baş naziri üçün çətin olacaq. Bu səbəbdən seçkilərdə hakim partiya komandanın siyasi mövqeyini qoruyub saxlamaq üçün Paşinyanı hökumət rəhbəri postunda başqa namizədlə əvəz edə bilər. Yəni yeni liderlə seçkilərə getmək müxalifətin zəifliyi fonunda Ermənistan hakimiyyəti üçün siyasi divident gətirəcək amildir. 

Rusiyanın özünə yaxın radikal siyasi qüvvəni hakimiyyətə gətirməsi planlarına qarşılıq Avropa İttifaqının da Paşinyanın başqa bir Qərbyönümlü liderlə əvəzlənməsi qərarına dəstək verməsi mümkündür. Ermənistanın parlamentli respublika olduğunu nəzərə alsaq, hakim partiyanın sədri postuna seçilən siyasətçi baş nazirliyə real namizəd olacaq. 

Elitada onu əvəz edə biləcək iki namizədin şansı daha yüksək sayıla bilər. Bunlar indiki xarici işlər naziri Ararat Mirzoyan və Milli Məclisin sədri Alen Simonyandır. Ancaq Paşinyanın hələlik hakimiyyət düşərgəsində mövqeyi güclüdür. Bunu şərtləndirən səbəblərdən biri müxalifət sıralarında Paşinyana ciddi alternativ liderin olmamasıdır. Eks-prezident Robert Köçəryanın timsalında “Qarabağ klanı” 2026-cı ilin seçkilərinə yenidən iddialı görünür.

Xüsusilə də ABŞ Prezidenti Donald Trampın Ukrayna cəbhəsində Rusiyaya güzəştə getmək təklifi Robert Köçəryanı siyasi cəhətdən fəallaşdırıb. Sabiq prezident Rusiyanın dəstəyi ilə hakimiyyətə qayıdacağına ümid edir. Lakin Robert Köçəryanın eks-prezident Serj Sarkisyanla arasında olan siyasi nifaq revanşist müxalifət cəbhəsində parçalanma yaradır. Bu isə Paşinyanın əlini gücləndirən amilə çevrilib. Müxalifət düşərgəsindəki durğunluğa rəğmən, Ermənistanın siyasi palitrası kifayət qədər dumanlı görünür. Çünki nə Paşinyanın, nə də müxalifət liderlərinin seçkilərin siyasi fovoritinə çevrilmək şansı var. 

“Gallup İnternational Association” mərkəzinin apardığı sorğunun nəticələrinin qeyri-müəyyən olması da dəqiq proqnoz verməyə mane olur. Birincisi, hesabatda seçicilərin hansı namizədi daha çox bəyəndikləri, yaxud müxalifətə etimadla bağlı sual yer almayıb. İkincisi, Aram Navasardyan özü radikal mövqeli şəxsdir. Ona görə də onun anti-Paşinyan ritorikasının da sorğunun nəticələrinə öz təsirini göstərdiyi istisna edilmir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan sorğu Qarabağ klanı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Mart 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri