Icma.az
close
up
RU
Paşinyan hansı “məzhəbə” qulluq edir? siyasi tapmaca

Paşinyan hansı “məzhəbə” qulluq edir? siyasi tapmaca

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan son Rusiya səfəri zamanı vermiş olduğu bəyanatlar indiyədək Rusiya barədə dediklərini alt-üst etdi. Doğrudur, indi bütün cəmiyyətlərin yaddaş məsələsində ciddi problemi var. Əks halda Ermənistanda əvvəlki vədlərinə niyə xilaf çıxması sorğulanardı.

Paşinyan illərdə regionun ən çox müzakirə olunan siyasi fiqurlarından biridir. Fərqi yoxdur, müsbət, ya da mənfi, əsas odur ki, gündəmdədir. Onun fəaliyyəti ilə bağlı əsas suallardan biri isə belə formalaşır, Paşinyan əslində qərbyönlüdür, rusiyönlüdür, yoxsa hər iki istiqamət arasında manevr edən üçüncü bir xəttin daşıyıcısıdır?

Bu suala qəti cavab vermək çətindir. Çünki Paşinyanın siyasi davranışında sabit ideoloji xəttdən daha çox situasiyaya uyğun dəyişən mövqelər, taktiki manevrlər və imic idarəçiliyi diqqət çəkir.

Paşinyanın siyasi formalaşmasında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın məktəbinin təsiri danılmazdır. Uzun illər Ter-Petrosyanın siyasi çevrəsində yetişən Paşinyan sonradan onunla ciddi münaqişəyə girdi və açıq tənqidlərdən, hətta təhqiramiz ifadələrdən çəkinmədi. Bu fakt onun siyasi münasibətlərində şəxsi loyallıqdan daha çox siyasi situasiya və maraqların üstünlük təşkil etdiyini göstərən mühüm nümunədir.

 

Qərbyönlü obraz və Moskva ilə komplimentlər

2018-ci il “məxməri inqilabı”ndan sonra Paşinyan beynəlxalq aləmdə əsasən qərbyönlü siyasətçi kimi təqdim olunurdu. ABŞ və Avropa İttifaqı ilə yaxınlaşma onun siyasi kursunun əsas istiqaməti kimi görünürdü. Lakin baş nazir seçildikdən sonra o, Rusiyaya ardıcıl komplimentlər yağdırdı, Moskva ilə strateji tərəfdaşlığı vurğuladı və Ermənistanın Rusiya təhlükəsizlik sistemində qalacağını bəyan etdi.

Maraqlıdır ki, Paşinyanın son davranışları da onun geosiyasi kursunun dəyişkən olduğunu göstərir. Rusiyaya son səfəri zamanı o, Moskva ilə münasibətlərin gələcəyinə dair kifayət qədər isti mesajlar verib. Paşinyan Rusiyaya son səfərində bildirib ki, "istər 7 iyun seçkilərindən əvvəl, istərsə də sonra Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək əzmindəyik. Əlbəttə, Avrasiya İqtisadi İttifaqında iştirakımızın davam etməsində də maraqlıyıq".

Daha sonra isə yenidən Ermənistanın əsas siyasi kursunun Avropa İttifaqına üzvlük olduğunu bildirdi.

Bu dəyişkənlik onun geosiyasi şəraitdən və şəxsi siyasi maraqlardan asılı olduğunu göstərir. Paşinyanın siyasi davranışında diqqət çəkən əsas xüsusiyyət onun müxtəlif auditoriyalar üçün fərqli obrazlar yaratmaq bacarığıdır. Bu yanaşma nəticəsində o, bir çox məsələdə ziddiyyətli təsir bağışlayır: Açıq sülhpərəst görüntüsü formalaşdırır, daxildə isə revanşist meyllərin daşıyıcısı kimi qiymətləndirilə bilər.

Açıq demokrat obrazı qurur, amma tənqidçiləri onu gizli avtoritar meyllərdə ittiham edirlər. Açıq qərbyönlü mesajlar verir, həlledici məqamlarda rusiyönlü ritorikaya qayıdır. Bu baxımdan Paşinyanın siyasi xətti bəzən “kimliyi bilinməyən siyasət” kimi görünür. O, sabah şəxsi və geosiyasi maraqları naminə tamamilə fərqli ideoloji mövqe nümayiş etdirə bilər, qatı kommunist, mömin müsəlman və ya başqa bir siyasi-dini obrazı qəbul etməsi ehtimalı belə istisna edilmir. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan sadəlövh siyasətçi deyil. Əksinə, o, maska altında regionun ən güclü siyasi piar menecerlərindən biri hesab oluna bilər. O, özünə müəyyən bir obraz seçib və bu obraz vasitəsilə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti müəyyən mənada manipulyasiya etməyi bacarıb. Onun əsas üstünlüklərindən biri müxtəlif auditoriyaların gözləntilərinə uyğun mesajlar verməkdir. Məhz buna görə də Paşinyan bir tərəfdən Qərbdə demokratik islahatçı, digər tərəfdən Rusiyada praqmatik tərəfdaş, daxildə isə milli maraqları qoruyan lider kimi təqdim olunur.

 

Paşinyanın siyasi taktikasını anlamaq üçün son seçkilərin nəticələrinə də diqqət yetirmək lazımdır. O, seçkilərdə 50 faizə yaxın səs topladı və hakimiyyətini möhkəmləndirdi. Lakin bəzi müşahidəçilərin fikrincə, onun topladığı səs daha çox ola bilərdi. Bu kontekstdə belə bir yanaşma irəli sürülür ki, Paşinyan konstitusion dəyişikliklər üçün lazım olan daha yüksək səs və daha çox deputat sayı əldə etsəydi, bu, onun gələcək siyasi manevr imkanlarını məhdudlaşdıra bilərdi. Çünki konstitusiya dəyişikliyi üçün kifayət qədər güclü parlament çoxluğuna sahib olmaq onu daha konkret öhdəliklər götürməyə məcbur edərdi. Buna görə də Paşinyanın referendum və konstitusiya dəyişikliyi məsələsində prosesin maksimum uzadılmasına meylli olduğu iddia edilir.

Bu yanaşmayla o, daxildə erməni millətçisi mövqeyini qorumağa çalışır və geosiyasi şərait dəyişdikdə yeni imkanlardan istifadə etmək üçün prosesi süni şəkildə uzatmağa üstünlük verir. Bu gün Paşinyanı bəziləri Qərbin adamı hesab edir, digərləri isə onun Rusiyadan tam uzaqlaşa bilmədiyini düşünür. Lakin son illərin siyasi davranışı göstərir ki, o, nə Qərbin, nə də Rusiyanın ardıcıl siyasi xəttini izləyən lider təsiri bağışlayır. Daha doğru qiymətləndirmə belə ola bilər, Paşinyanın əsas siyasi ideologiyası şəxsi hakimiyyətini qorumaq, dəyişən geosiyasi reallığa uyğun mövqe tutmaq və maksimum manevr imkanlarını açıq saxlamaqdır. Məhz buna görə də “Paşinyan hansı məzhəbə qulluq edir?” sualına qəti cavab vermək çətindir.

Dəyişməyən yeganə cəhət onun siyasi çevikliyi, imic qurmaq bacarığı və situasiyaya uyğun mövqe dəyişmək imkanını qorumağa çalışmasıdır. Bu isə onu region siyasətində ən çətin proqnozlaşdırılan fiqurlardan birinə çevirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri