Icma.az
close
up
RU
Paşinyan: həbslərdə istsinalar olmayacaq

Paşinyan: həbslərdə istsinalar olmayacaq

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə korrupsiya faktları ilə bağlı araşdırmaların davam edəcəyini və hüquqi əsas olduğu halda hakim partiyanın üzvləri də daxil olmaqla heç kimin istisna edilməyəcəyini bildirib.

Modern.az xəbər verir ki, Paşinyan Ermənistanda sistemli korrupsiyanın mövcudluğu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən belə deyib:

“Həbs edilməli olanlar həbs ediləcək, həbs edilməməli olanlar isə edilməyəcək. Bu, hər bir işin faktiki hallarından, sübutlardan və hüquqi əsaslardan asılıdır”.

Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinin də toxunulmaz olmadığını vurğulayıb.

“Əgər partiyanın bir üzvü həbs olunubsa və digərinin də həbsinə kifayət qədər hüquqi əsas varsa, onun azadlıqda qalması üçün heç bir səbəb yoxdur. Həbs üçün kifayət qədər hüquqi əsas olan şəxs həbs olunacaq”, – Baş nazir bildirib.

O, mətbuatda yayılan məlumatların hüquq-mühafizə orqanlarının araşdırmasına səbəb ola biləcəyini, lakin həmin məlumatların özlüyündə hökm olmadığını qeyd edib.

Paşinyanın sözlərinə görə, korrupsiya ilə bağlı məlumat ehtiva edən media materialları istisnasız olaraq ya əməliyyat qurumlarına, ya da hüquq-mühafizə orqanlarına göndərilir.

Baş nazir Ermənistanda sistemli korrupsiyanın olması fikri ilə razılaşmayıb. Onun arqumentinə görə, korrupsiya hallarının hüquq-mühafizə orqanları tərəfindən üzə çıxarılması sistemin həmin halları himayə etmədiyini göstərir.

Paşinyan həmçinin hökumətin hüquq-mühafizə sisteminə böyük həcmdə vəsait yatırdığını və qurumların şübhəli şəxslərlə bağlı araşdırma aparmaq imkanlarının genişləndirildiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri