Icma.az
close
up
RU
Paşinyan: “İrəvan Bakının sülh sazişi ilə bağlı bir sıra şərtlərini məqbul sayır”

Paşinyan: “İrəvan Bakının sülh sazişi ilə bağlı bir sıra şərtlərini məqbul sayır”

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

 “İrəvan Bakı ilə sülh müqaviləsi üzrə danışıqlarda konstruktiv iştirakını davam etdirir”

“İrəvan Bakı ilə sülh müqaviləsi üzrə danışıqlarda konstruktiv iştirakını davam etdirir”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində sülh müqaviləsinin bağlanması üçün irəli sürülən şərtlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin dediklərinə cavabında bildirib. Baş nazir qeyd edib ki, Ermənistan tərəfi əslində Bakının şərtlərinin bəziləri ilə razılaşır.

Qeyd edək ki, Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinin 17 maddəsindən 15-i razılaşdırılıb və fikir ayrılıqlarından biri Ermənistan və Azərbaycan sərhədində üçüncü dövlətin hərbi qüvvələrinin yerləşdirilməməsi ilə bağlıdır. İkincisi isə beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırılan iddiaların geri götürülməsinə aiddir.

Ermənistanın Baş naziri əmin edib ki, İrəvan Bakı ilə sülh müqaviləsi danışıqlarında konstruktiv iştirakını davam etdirir: “Biz Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlarda konstruktiv iştirak etməyə davam edirik. Biz bir aydan çoxdur ki, Azərbaycana sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə təkliflər göndərmişik. Amma hələ ki, heç bir cavab almamışıq”.

Onun sözlərinə görə, İrəvan üçüncü ölkə qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edir: “Bu, məntiqlidir, çünki bu hissələrdə eskalasiya riski delimitasiya yolu ilə əhəmiyyətli dərəcədə azalır”.

Paşinyan vurğulayıb ki, sərhəd tam delimitasiya edildikdən sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü ölkələrin qüvvələrinin olmasına ehtiyac qalmayacaq.

Baş nazir sülh sazişi imzalanarkən beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsini məqbul və məntiqli hesab edir. Paşinyan hesab edir ki, burada iki nüans var: “Birincisi, beynəlxalq forumlarda ikitərəfli formatda müzakirə olunan fərdi humanitar məsələlərin həlli aydın olmalıdır. İkincisi, tərəflər başa düşməlidirlər ki, digər məsələlərlə bağlı mübahisələr beynəlxalq forumdan çıxarıldıqdan sonra onları daha gündəmə gətirməməli və daimi eskalasiya mənbəyi yaradaraq ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməlidir”.

ATƏT-in Minsk qrupunun buraxılması təklifinə gəlincə, Paşinyan bunu konstruktiv adlandırıb: “İrəvan bu mövqeni başa düşür ki, əgər münaqişə yoxdursa, deməli, münaqişənin həlli ilə bağlı formatın mövcud olmasının mənası yoxdur. Eyni zamanda, Ermənistan tərəfi əmin olmalıdır ki, Bakı İrəvanla eyni mövqedən çıxış edir. Məsələn, deyək ki, Qərbi Azərbaycanla bağlı diskurs inkişaf etdirməyə can atmır”.

Xatırladaq ki, Ermənistanın Baş naziri sülh sazişi layihəsinin razılaşdırılmış 13 bəndinin imzalanmasını, üç həll olunmamış məsələnin sonraya saxlanılmasını təklif edib. Lakin Azərbaycan bu təklifi rədd edib. Hazırda tərəflər təklif paketi üzərində 11-ci dəfədir ki, işləyirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Dekabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri