Paşinyan hücum əmri verdi
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki qərbyönlü siyasi qüvvələrə Rusiyaya qarşı sərt fəaliyyətə başlamağı tapşırıb.
News24.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni “Qraparak” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, son sosioloji sorğular həm hökumətin, həm də Qərb tərəfdarı olan siyasi dairələrin nüfuzunun aşağı düşdüyünü göstərir. Xüsusilə, qərbyönlü seçicilərin sayında təxminən 10 faiz azalma qeydə alınıb.
Məqalədə bildirilir ki, Paşinyan qarşıdan gələn seçkilərdə hakimiyyətdə qalmaq üçün Avropa yönlü siyasi ittifaqlara bel bağlayır. Bu məqsədlə yaxın günlərdə bir sıra anti-Rusiya aksiyaları planlaşdırılıb.
“Qraparak” yazır ki, bu fəaliyyətin ilk mərhələsi kimi 23 avqustda Gümrüdə Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının Ermənistandan çıxarılması tələbilə mitinq təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 İyul 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















